Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)

07.09.2026 13:14 525
Tərtərdə güllələnən şəxs istixananın briqadiri imiş - TƏFƏRRÜAT (Yenilənib)
Tərtər rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında rayonun İrəvanlı kənd sakini Zəfər adlı şəxsin istixanasında baş verib.

Laçın rayonundan olan keçmiş məcburi köçkün 1974-cü il təvəllüdlü Məzahir Yusifov Şəmkir rayonunda yaşayıb. O, bir müddət əvvəl rayonda həyat yoldaşından boşanıb, Tərtər rayonuna işləməyə gəlib və istixanada işə düzəlib. Bir neçə gün əvvəl isə Zəfər adlı sahibkar onu istixanada briqadir vəzifəsinə təyin edib və günəmuzd işçilərin əməkhaqqılarını verməyi ona həvalə edib. İki gün əvvəl Məzahir istixanada fəhlə işləyən Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Hüsən Mirzəzadənin gündəlik əməkhaqqını az hesablayıb və ona nəzərdə tutulan məbləği ödəməyib. H.Mirzəzadə bu barədə ona irad bildirəndə Məzahir onun həmin gün az işlədiyini bildirib.

Dünən Məzahir yenidən Hüsənə az əməkhaqqı verib və onu işdən azad etdirəcəyini bildirib. Bu prosesdən əsəbiləşən Hüsən evlərinə gələrək ov tüfəngini götürərək istixanaya qayıdıb. O, istixanada yaşayan Məzahiri çağıraraq otaqdan çıxarıb. Məzahir istixananın həyətinə çıxarkən Hüsən ona tüfəngdən iki atəş açıb. Güllə Məzahirin ayaqlarından dəyib.

Hadisəni törədən Hüsən Mirzəzadə ərazidən uzaqlaşıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə o saxlanılıb.

* * * * *

Tərtər sakinini güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahdan güllələnməsi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

* * * * *

Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər