Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı

07.09.2026 13:05 444
Putinin qaz kəmərinin adını dəyişməsi Çində çaşqınlıq yaratdı
Rusiya Prezidenti Vladimir Putinin "Sibirin gücü 2" qaz kəmərinin adını "Baykalın gücü" olaraq dəyişdirmək qərarı bəzi Çin media orqanlarında çaşqınlıq yaradıb. Onlar bunun rəsmi Pekin üçün nəzərdə tutulan gizli bir mesaj ola biləcəyini ehtimal ediblər.

Bu barədə "Baijiahao" nəşri məlumat yayıb.

Rusiyanın bu addımı Putinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlarından sonra məlum olub. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələri və beynəlxalq vəziyyət müzakirə edilib.

Rusiyanın energetika naziri Sergey Tsivilyov Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib ki, "Sibirin gücü 2" layihəsi məhz prezidentin təşəbbüsü ilə "Baykalın gücü" adlandırılıb. Qaz kəmərinin texniki göstəriciləri və marşrut xətti isə dəyişməz qalıb.

Çinli analitiklərin fikrincə, bu vəziyyətin siyasi izahı var: Rusiya bununla yalnız bir alıcıdan asılı olmadığını Pekinə nümayiş etdirmək istəyir. Qaz kəmərinin yeni adı onun ölkənin daxili ehtiyaclarını ödəmək imkanlarını ön plana çıxarır.

Lakin qeyd etmək lazımdır ki, məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Həmçinin Putinin qaz kəmərinin adını nəyə görə dəyişdirmək qərarına gəldiyi barədə heç bir izahat yoxdur.

Son xəbərlər