Eyni maaş alanlara niyə fərqli məbləğdə kredit verilir?
Bankdan kredit almaq istəyən hər bir şəxsin müraciəti avtomatik olaraq təsdiqlənmir. Maliyyə qurumları qərar verməzdən əvvəl müştərinin gəlir səviyyəsini, borc yükünü, kredit tarixçəsini və mövcud öhdəliklərini nəzərdən keçirirlər. Qiymətləndirmə zamanı yalnız gəlirin məbləği deyil, şəxsin əvvəlki borclarını hansı qaydada ödəməsi və ümumi maliyyə vəziyyəti də nəzərə alınır. Buna görə də gəlirləri eyni olan şəxslərin kredit müraciətləri üzrə fərqli qərarların verilməsi mümkündür.
Tanınmış bank eksperti Emin Kərimov Median.Az-a açıqlamasında bildirib ki, kredit götürərkən, kredit təhlili zamanı bir çox fərdi və ümumiləşdirilmiş məlumatlara baxılır:
“İlk növbədə müraciət edən şəxsin gəlir mənbələri, eyni zamanda borcları, borc öhdəlikləri və kredit tarixçəsi nəzərdən keçirilir. Daha əvvəlki kredit ödənişlərini hansı qaydada həyata keçirdiyi, yəni kredit intizamı da əsas meyarlardan biridir. Eyni yerdə işləyən və eyni gəlir əldə edən iki şəxsə kreditlə bağlı ümumi yanaşmalar tətbiq olunsa da, fərdi yanaşmalar da mövcuddur. Şəxsin ailə gəlirləri, kredit öhdəlikləri, ailə üzvlərinin, hətta həmin bank üzrə kredit tarixçəsi də nəzərə alına bilər. Bir çox ümumi və fərdi amillərlə yanaşı, bankın öz kredit siyasəti və risk iştahı əsasında kredit məbləğinin müəyyənləşdirilməsi həyata keçirilir. Heç də eyni maaş alan və eyni vəzifədə çalışan şəxslərə eyni məbləğdə kredit verilməsi real deyil. Çünki hər bir şəxsin fərdi gəlirləri, xərcləri və kredit tarixçəsi fərqlidir. Buna görə də yanaşma müxtəlif ola bilər. Məsələn, bir şəxsin gəliri 2000 manat, digər şəxsin gəliri isə 1000 manat olduğu halda, 1000 manat maaş alan şəxsə 5000 manat kredit verilə, 2000 manat maaş alan şəxsin müraciəti isə rədd edilə və ya ona 1000 manat kredit təklif oluna bilər. Bu, şəxsin borc yükünün həcmindən, kredit öhdəliklərinin müddətindən və faiz dərəcəsindən asılıdır”.
O qeyd edib ki, ona görə də kredit məhsullarının şərtləri ümumi olsa da, fərdi göstəricilər burada mühüm əhəmiyyət kəsb edir:
“Müştəri “Məndən az maaş alan şəxsə daha çox kredit təklif edirsiniz, amma mənim maaşım daha yüksəkdir və mənə daha az kredit verirsiniz” deyə şəxsi qərəzdən söhbət aça bilməz. Burada əsas rolu şəxslərin fərdi göstəriciləri oynayır. Xüsusilə kredit tarixçəsi, kredit intizamı, ödənişlərin vaxtında həyata keçirilib-keçirilməməsi, zaminlik və digər öhdəliklər, eləcə də ailə gəlirləri və şəxsin aylıq gəlirləri xüsusi əhəmiyyət daşıyır. Bütün bu amillər kredit məbləğinin hesablanması zamanı əsas meyarlar kimi nəzərə alınır. Kredit təhlili aparılarkən müxtəlif peşə sahibləri arasında da fərqlər qoyula bilər. Çünki peşələrin risk dərəcəsinə və bankların kredit məhsulları üzrə müəyyən etdiyi şərtlərə əsasən maksimal kredit limitləri fərqli ola bilər. Məsələn, şəxs silahla çalışırsa, riskli zonalarda işləyirsə və ya dağ-mədən kompleksində, minatəmizləmə və partlayıcı maddələrlə bağlı sahələrdə fəaliyyət göstərirsə, əməkhaqqı yüksək olsa belə, ona daha aşağı məbləğdə kredit ayrılması nəzərdə tutula bilər. Çünki burada peşənin risk meyarları nəzərə alınır. Digər tərəfdən, müəllim 1500 manat maaş alırsa, kənddə və ya şəhərdə müəllim kimi çalışırsa və əlavə olaraq repetitorluq fəaliyyəti göstərirsə, onun gəlirləri nəzərə alınaraq 10 000 manatadək kredit təklif oluna bilər. Burada peşələr və risk meyarları üzrə fərqli yanaşmalar mövcuddur. Bu amillər kredit məhsulunun və kredit məbləğinin hesablanmasında əsas meyarlardan biri kimi götürülür”.
Ekspert sonda qeyd edib ki, etibarlılıq, yəni şəxsin çalışdığı iş yerinin etibarlılıq dərəcəsi də əsas göstəricilərdən biridir:
“Bəzi müəssisələrdə, xüsusən də xırda MMC-lərdə əmək müqaviləsi üç aylıq, hətta bəzi hallarda bir aylıq müddətə imzalanır. Qısamüddətli əmək müqaviləsi ilə çalışan şəxslərə kredit verilərkən banklar adətən daha ehtiyatlı davranır və kredit məbləği nisbətən aşağı müəyyənləşdirilir. Amma daha iri müəssisələrdə, iri özəl şirkətlərdə və dövlət müəssisələrində iş yerinin etibarlılığı əsas göstəricilərdən biri hesab olunur. Bu amil daha yüksək məbləğdə kredit limitlərinin müəyyənləşdirilməsinə təsir edən göstəricilərdən biri kimi nəzərə alına bilər”.
Aysel