Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu

07.09.2026 22:51 384
Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi sentyabrın 6-da 8 qayıqla ölkəyə gələn 625 miqrantın Dover və Portsmut sahillərinə çıxarıldığını açıqlayıb.

Portsmutda miqrantları daşıyan sahil mühafizə qayıqlarının limana çatması etirazlarla müşayiət olunub. Aksiya iştirakçıları əvvəlcə miqrantların sahilə çıxmasına, daha sonra isə onları miqrant mərkəzlərinə aparan avtobusların ərazidən ayrılmasına mane olmağa çalışıblar. Hadisələr zamanı polis, sahil mühafizəsi və sərhəd xidmətinə məxsus avtomobillərə ziyan vurulub. Bir neçə polis əməkdaşına aldığı xəsarətlərə görə hadisə yerində tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanları hadisələrdə iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

Rəsmi məlumatlara görə, bu il yanvarın 1-dən sentyabrın 5-dək La-Manş boğazını kiçik qayıqlarla keçərək, Böyük Britaniyaya gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb. Buna baxmayaraq, hər il minlərlə insan bu yolla ölkəyə gəlməkdə davam edir.

Son xəbərlər