Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda nə qədər qanunsuz yaşayan miqrant var? - RƏSMİ

18.07.2019 21:27 1 665
Azərbaycanda nə qədər qanunsuz yaşayan miqrant var? - RƏSMİ
Azərbaycanda qanunsuz miqrantların sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

O deyib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilənlərin sayında 30 faiz azalma müşahidə olunur.

"Belə ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant yerləşdirilib. Bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır"- V.Hüseynov bildirib.

Son xəbərlər