Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı

07.09.2026 21:50 738
Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı
Azərbaycanda işçilərin işlədiyi orta aylıq saatların artması əmək bazarında diqqət çəkən göstəricilərdən biridir. 2026-cı ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatı 144 saat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 saat və ya 2,2 faiz çoxdur. 2025-ci ilin ilk yarısında isə bu göstərici 140,9 saat olub.

Bu barədə Median.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib ki, orta aylıq əmək haqqı 7 faiz artıb:

“Bunun hansı hissəsinin işçi saatlarının artması hesabına, hansı hissəsinin isə işçi saatlarının dəyişmədiyi halda əmək  haqqının yüksəlməsi hesabına formalaşdığını müəyyənləşdirmək üçün dərin təhlil aparılmalıdır. Bunun üçün müvafiq məlumatlar və statistik göstəricilər lazımdır. Belə məlumatların əldə edilməsi üçün Məşğulluq Agentliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Milli Observatoriyaya müraciət etmək daha məqsədəuyğundur. Onların əsas fəaliyyət istiqamətlərindən biri də məhz bu cür məlumatların toplanması, müşahidəsi və təhlilidir. Hazırda bu göstəricilər əsasında əmək haqqındakı artımın səbəblərini dəqiq müəyyənləşdirmək mümkün deyil. Bunun üçün işçilərin əmək haqqı ilə yanaşı, işlədikləri saatların sayı və məşğulluq forması barədə məlumatlar da nəzərə alınmalıdır. Eyni zamanda, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə əmək haqqı və iş vaxtı göstəricilərinin müqayisəsi aparılmalıdır. Bu məlumatların təhlili artımın əsasən hansı amillərlə bağlı olduğunu müəyyən etməyə imkan verə bilər. Belə araşdırma üçün rəsmi statistik məlumatların və aidiyyəti qurumların təqdim etdiyi göstəricilərin müqayisəsinə ehtiyac var”. 

Aysel

Son xəbərlər