Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Rusiyadan rəsmi şikayət edib

08.09.2026 23:01 420
Ermənistan Rusiyadan rəsmi şikayət edib
Ermənistan malların Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayət ünvanlayıb.

Bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, problemin həlli üçün yalnız Rusiya ilə birbaşa əlaqələr deyil, Aİİ çərçivəsində mövcud mexanizmlər də əhəmiyyət daşıyır:

"Bu cür maneələrin aradan qaldırılması üçün istifadə edilə biləcək konkret mexanizmlər var. Biz həmin imkanlardan fəal şəkildə yararlanırıq. Şikayət təqdim etmişik və əminik ki, mexanizmlər işə düşməli, məhdudiyyətlər aradan qaldırılmalıdır”.

Qasparyan qeyd edib ki, Ermənistan hökumətinin mövqeyinə əsasən, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının prinsiplərinə və qüvvədə olan razılaşmalara uyğun deyil.

"Biz Aİİ-nin öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparırıq”, – nazir müavini vurğulayıb.
 
///Modern.az

Son xəbərlər