Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Ermənistan məhsullarına qapıları bağladı: Sərt qadağa qüvvəyə minir

11.06.2026 18:37 672
Rusiya Ermənistan məhsullarına qapıları bağladı: Sərt qadağa qüvvəyə minir
"Rosselxoznadzor" 2026-cı il iyunun 12-dən etibarən mənşə ölkəsi və göndərilmə yeri Ermənistan olan bütün karantin nəzarətindəki məhsulların Rusiyaya idxalını, həmçinin onların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə tranzitini məhdudlaşdırır.

Bu barədə iyunun 11-də "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qadağa göndərilən məhsulların təhlükəsizliyini və izlənilə bilənliyini təmin edəcək konkret mexanizm hazırlanıb tətbiq olunana qədər qüvvədə qalacaq.

Qərarın karantin obyektlərinin mütəmadi şəkildə aşkarlanması ilə əlaqədar qəbul edildiyi qeyd olunub. Məlumata görə, xidmət cari ilin may ayından başlayaraq, Ermənistan mənşəli karantin nəzarətində olan bəzi məhsul növlərinin idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib, eyni zamanda tədarüklərdə aşkar edilən pozuntularla bağlı Ermənistan tərəfinə dəfələrlə məlumat göndərib.

Lakin görülən tədbirlərə baxmayaraq, təhlükəli karantin obyektlərinin aşkarlanması halları davam edib. Təkcə iyun ayında Ermənistandan göndərilən qoz, qurudulmuş şaftalı və pomidor məhsullarında üç ayrı halda kapr böcəyi aşkarlanıb.

"Rosselxoznadzor"un açıqlamasında vurğulanıb ki, bu faktlar Ermənistanın aidiyyəti dövlət qurumları tərəfindən lazımi nəzarətin həyata keçirilmədiyini göstərir və ölkənin fitosanitar sertifikatlaşdırma sisteminin etibarlılığı ilə bağlı ciddi suallar yaradır.

Qurum hesab edir ki, Ermənistanın bitki mühafizəsi və karantin xidmətinin qeyri-effektiv fəaliyyəti həm Rusiyanın, həm də Aİİ-yə üzv dövlətlərin fitosanitar təhlükəsizliyi üçün birbaşa risk yaradır.

Son xəbərlər