Mojo.az Banner
21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |    
Mojo.az Avto
Mojo.az Avto

“Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb

26.07.2024 22:43 1 281
“Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu il Ermənistandan Rusiyaya təhlükəli bitki məhsullarının ixracı hallarının sayının artmasından narahatdır.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV qurumun məlumatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, iyulun 23-nə olan məlumata görə, Ermənistandan Rusiya bazarına 73,9 min ton meyvə-tərəvəz idxal edilib və bu, 2023-cü ilin eyni dövrü ilə demək olar eynidir. Əsas payı ərik (28,8 min ton), alma (12,4 min ton), pomidor (8,7 min ton), bibər (5,7 min ton) təşkil edir.

Bununla belə, hesabatda bildirilir ki, idxal olunan məhsulların demək olar yarısı təyinat məntəqəsində karantin fitosanitar nəzarəti üçün “Rosselxoznadzor” rəsmilərinə təqdim edilməyib. Bununla əlaqədar olaraq xidmət Ermənistana qanun pozuntularına yol vermiş tədarükçülərə fitosanitar sertifikatların verilməsinin dayandırılması tələbi ilə rəsmi məktub göndərib.

Bundan əlavə, Ermənistanın fitosanitar sertifikatları ilə müşayiət olunan məhsullarda Avrasiya İqtisadi Biriliyi üçün karantin obyektləri müəyyən edilib. Həmçinin pestisidlərin və aqrokimyəvi maddələrin qalıqlarının yol verilən maksimum həddi aşması ilə bağlı 98 fakt qeydə alınıb, ayrı-ayrı aktiv maddələr üzrə norma 5-8 dəfə artıq olub.

Bununla əlaqədar olaraq, “Rosselxoznadzor” Ermənistanın qida təhlükəsizliyi müfəttişliyi orqanına məktub göndərərək, narahatlığını ifadə edib, pozuntuların səbəbləri araşdırılana qədər Rusiya bazarına 16 tədarükçüdən məhsul göndərilməsinin dayandırılmasını istəyib.скачать dle 11.3
Mojo.az Banner