Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)

08.09.2026 21:20 2 514
Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)
Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, qurğunun trosunun qırılması zamanı həlak olanlardan biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur.

Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

Həlak olan şəxsin fotosunu təqdim edirik:



* * * * * 

"Şəki Yaylası" istirahət mərkəzində faciəli şəkildə ölənlərin kimliyi məlum olub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, həlak olanların Qax rayon sakini, 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

İlkin məlumata görə, faciə Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində qurğunun trosunun qırılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Sentyabrın 8-də, saat 14:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, "Şəki Yaylası" istirahət mərkəzindən çağırış qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

* * * * *


"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.

Bu barədə Oxu.Az-a məlumat daxil olub.

İlkin məlumata görə, hadisə bu gün baş verib.

Hadisənin təfərrüatı və ölən şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur.

Əsəbi zəif olanlar izləməsinlər:

Son xəbərlər