Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində həlak olanların ADLARI məlum oldu - FOTO (Yenilənib)

05.09.2025 11:37 1 551
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində həlak olanların ADLARI məlum oldu - FOTO (Yenilənib)
Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində həlak olan şəxslərin adları məlum olub.

Median.Az
"Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Sevinc Abdulla qızı Hüseynova, onun qızı, 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova həlak olublar.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.

* * * * *

Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə oxu.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.

Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

* * * * *

Naxçıvanda bədbəxt hadisə baş verib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində süni göl üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.





Son xəbərlər