Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |    
Mojo.az Avto
Mojo.az Avto

Nepalda matəm günüdür

07.09.2026 13:09 513
Nepalda matəm günüdür
Nepalda avqustun 26-da Rasuva rayonundakı Bhote-Koşi çayında baş verən daşqının 1300-dən çox qurbanının xatirəsinə matəm günü qeyd olunur.

Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

Məlumata görə, respublikada hökumət binaları üzərində və onun xaricdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib. İnsanlar məbədləri ziyarət edir və yaxınlarının xilası üçün dua edirlər.

Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb "Rasuvaqadxi" sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Çinlə sərhəddə baş verən buz uçqunu olub. Su, palçıq və qaya parçalarından ibarət olan güclü axın çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və böyük ərazini su altında qoyub.

Təbii fəlakət 32 000 ailəni evsiz qoyub, təxminən 7500 evi dağıdıb və Nepalın mərkəzində həyati əhəmiyyətli infrastrukturunu ciddi şəkildə pozub. 589 xarici vətəndaş da daxil olmaqla təxminən 5000 nəfər itkin düşmüş hesab edilir.

Son xəbərlər