Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nepal faciəsində diqqətçəkən detal: Əhaliyə niyə gec xəbərdarlıq edilib?

03.09.2026 12:38 462
Nepal faciəsində diqqətçəkən detal: Əhaliyə niyə gec xəbərdarlıq edilib?
Nepalda mindən çox insanın həyatına son qoyan dəhşətli daşqınlarla bağlı xəbərdarlıq qar uçqunundan yalnız 38 dəqiqə sonra verilib. Bu müddət ərzində dağ süxurları çay yatağı ilə yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.

Bu barədə "The Kathmandu Post" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Mütəxəssislərin fikrincə, ölkədə erkən xəbərdarlıq sisteminin olmaması səbəbindən bu faciənin real vaxt rejimində proqnozlaşdırılması ehtimalı demək olar ki, sıfıra bərabər olub.

Milli Risklərin Azaldılması və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin (NDRRMA) sabiq rəhbəri Anil Poxrel Nepalda belə bir sistemin mövcud olmadığını vurğulayıb. Onun sözlərinə görə, sadəcə sensorların olması "sistem" demək deyil. Əsl sistem risk zonasında nələrin və kimlərin olduğunu dəqiq qiymətləndirməli, təhlükəni real vaxtda təxmin etmək üçün müşahidə şəbəkəsinə, vaxtında məlumatlandırma üçün kompleks rabitə planına və fövqəladə hallara hazırlığa malik olmalıdır.

Katmandu faciədən sonra Çinlə sərhəddə təbii fəlakətlər barədə xəbərdarlıq sistemini seysmik sensorlar, kameralar və peyk rabitəsi ilə təchiz edərək təkmilləşdirmək qərarına gəlib. "Reuters" agentliyinin mənbələrinə istinadən verdiyi məlumata görə, bu sistemin mərkəzi elementi kimi, hətta mobil rabitə kəsildikdə belə monitorinq postları arasında əlaqəni təmin edən VSAT (Very Small Aperture Terminal) peyk sistemi çıxış edəcək.

Ölkədə kütləvi qar uçqunundan sonra landşaftın uyğunlaşması nəzərə alınaraq belə bir sistemin təcili yaradılmasının zəruriliyi bildirilib.

NDRRMA-nın hazırkı rəhbəri Dxarma Rac Upreti açıqlamasında qeyd edib ki, dağılmış stansiyaların əvəzinə yeniləri yaradılır və əlavə kameralar quraşdırılır:

"Bu, real vaxt rejimində çay axını haqqında məlumat almağa imkan verəcək və hakimiyyət təbii fəlakətlər zamanı buna uyğun olaraq SMS xəbərdarlıqlar göndərəcək".

Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında - Çinlə sərhəddə baş verən uçqun nəticəsində şiddətli daşqınlar qeydə alınıb.
//oxu.az

Son xəbərlər