Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

ÜST bəşəriyyət üçün yeni təhlükə barədə xəbərdarlıq etdi

09.04.2025 13:41 1 242
ÜST bəşəriyyət üçün yeni təhlükə barədə xəbərdarlıq etdi
Bəşəriyyət tezliklə ciddi bir təhdidlə - göbələk infeksiyalarına qarşı effektiv müdafiənin olmaması ilə üzləşə bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi iki hesabatda xəbərdarlıq edilib.

Sənədlərdə göbələk patogenlərinin mövcud dərmanlara qarşı artan müqaviməti və müasir diaqnostika metodlarının kifayət qədər olmaması vurğulanır.

Analitiklərin məlumatına görə, mikozlarla çox vaxt ağır xəstələr qarşılaşır.

"Bu zaman onların müalicəsinə infeksiyanın dərmanlara qarşı müqaviməti və belə xəstələrin orqanizminin zəifliyi mənfi təsir göstərir. Bununla əlaqədar olaraq, "kritik prioritet qrupu"na aid olan göbələk infeksiyaları - kriptokoklar, aspergillər və kandidalar - ilə yoluxma zamanı ölüm hallarının sayı 88%-ə çata bilər", - deyə hesabatlarda qeyd edilir.

Xatırladaq ki, bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiyanın nəzəri risk deyil, epidemioloji müəyyənlik olduğunu bildirmişdi. Təşkilatın rəhbəri əmindir ki, bu baş verəcək və bəşəriyyət buna hazır olmalıdır.

Daha əvvəl ÜST Avropa səhiyyə sisteminin problemlərinə diqqət çəkmişdi. Təşkilatın ekspertlərinin fikrincə, bu sistem durğunluq içindədir və bir sıra istiqamətlərdə geri qalır. ÜST-də xüsusilə Avropa regionunda hər beş yeniyetmədən birinin psixi pozğunluqlardan əziyyət çəkdiyi qeyd edilmişdi.

Son xəbərlər