Diplom var, amma ixtisas üzrə iş yoxdur – Açıqlama
Azərbaycanda hər il minlərlə gəncin ali məktəblərə qəbul olması sevindirici hal kimi qiymətləndirilsə də, onların gələcəkdə əmək bazarında öz ixtisasları üzrə işləyib-işləməyəcəyi məsələsi ciddi suallar doğurur. Gənclərin bir qisminin ixtisas seçimində şəxsi maraq və bacarıqlardan daha çox “universitetə qəbul olmaq” düşüncəsini əsas götürməsi sonradan həm işsizlik, həm də ixtisas üzrə çalışmamaq problemini dərinləşdirir.
Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, ali təhsil almış şəxslərin 60 faizindən çoxu birbaşa öz ixtisası üzrə çalışmır:
“Onlar seçdikləri əsas fəaliyyət istiqaməti ilə yanaşı, digər sahələrdə də fəaliyyət göstərirlər. Bu, Azərbaycan üçün xarakterik xüsusiyyət olmaqla yanaşı, dünya təcrübəsində də tez-tez rast gəlinən haldır. Xüsusilə humanitar və dəqiq elmlər sahəsində, eləcə də bir çox mürəkkəb fəaliyyət istiqamətlərində çalışan insanlar ikinci, üçüncü ixtisaslara yönəlir, davamlı təhsil alaraq öz fəaliyyətlərini təkmilləşdirirlər. Bu, adətən əmək bazarının müəyyən etdiyi şərtlər çərçivəsində baş verən prosesdir və təbii seçim kimi qiymətləndirilə bilər. Biz əmək bazarında yüksək tələbat olan bir ixtisası seçə bilərik. Lakin bir neçə ildən sonra tamamilə fərqli ixtisasa və fəaliyyət sahəsinə tələbat formalaşa bilər. Adətən yüksək gəlir əldə etməyə çalışan insanlar əmək bazarının tələblərini daha çox diqqətdə saxlayır və bir neçə alternativi paralel şəkildə nəzərdən keçirirlər. Ümumilikdə, ali təhsil universitet məzununa müəyyən fəaliyyət istiqamətlərində çalışmaq üçün imkan yaradan əsas vasitələrdən biridir. Bunun üçün minimum tələb bakalavr təhsilidir. Daha çox irəliləmək istəyənlər isə magistratura və doktorantura pillələrində təhsillərini davam etdirərək müəyyən elm, təhsil və bilik səviyyəsində öz karyeralarını formalaşdırmağa çalışırlar”.
O qeyd edib ki, gənclərin diqqət yetirməli olduğu məqamlar çoxdur:
“İlk növbədə nəzərə alınmalıdır ki, ali məktəbə daxil olmaq və universiteti bitirmək karyeranın ilk pilləsidir. Bu, son məqsəd deyil, bir vasitədir. Əsas məsələ insanın seçdiyi ixtisas üzrə özünü nə dərəcədə reallaşdıra bilməsi və həmin ixtisasın gələcəkdə əmək bazarında ona hansı real imkanları yaratmasıdır. Təbii ki, gəncin öz şəxsi keyfiyyətlərini bilməsi, hansı peşəyə uyğun olub-olmadığını düzgün dərk etməsi mühüm rol oynayır. Bacarıqlarını və güclü tərəflərini düzgün müəyyənləşdirmək və inkişaf etdirmək, zəif olduğu istiqamətlərdə isə daha çox çalışaraq boşluqları aradan qaldırmaq onun gələcək karyerasına, əmək fəaliyyətinə, maddi imkanlarına və rifahına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdəndir. Digər mütəxəssislər də eyni yanaşmanı bölüşürlər. İnsan təhsilə başlayarkən, xüsusilə də gənclik dövründə, ilk hədəfi təhsil almaq, müəyyən sabit bilik və bacarıqlar formalaşdırmaq olmalıdır. Ali təhsil alan şəxs universitet mədəniyyəti, universitet təhsili ilə bağlı zəruri bilik və keyfiyyətlərə yiyələnməli, şəxsi davranış və özünüidarəetmə, eləcə də insanlarla işləmək bacarıqlarını inkişaf etdirməlidir. Bunları yumşaq bacarıqlar, yəni “soft skills” adlandıra bilərik. Bununla yanaşı, konkret peşə üzrə bilik və bacarıqları ifadə edən “hard skills” də formalaşdırılmalıdır. Hər iki istiqamət karyera üçün vacibdir”.
Sosioloq sonda qeyd edib ki, ikinci mühüm məsələ əmək bazarının tələblərini ciddi şəkildə nəzərə almaqdır:
“Əslində ixtisasları yaxşı və ya pis olaraq qiymətləndirmək düzgün deyil. Hər bir ixtisasın öz dəyəri, qiyməti və əmək bazarında müəyyən yeri var. Sadəcə olaraq proqnostik baxımdan hansı ixtisaslara daha çox tələbatın olduğu və insanın hansı sahədə özünü daha yaxşı reallaşdıra biləcəyi nəzərə alınmalıdır. Tələbatın formalaşması həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. İnsan özü də müəyyən bir sahəyə olan tələbatı formalaşdıra bilər. Onun şəxsi təşəbbüsü, fəallığı, təşəbbüskarlığı, marketinq, sosial marketinq və sosial media ilə bağlı xüsusi bacarıqları müəyyən fəaliyyət istiqamətinə tələbatın və hətta əmək bazarının formalaşmasına təsir göstərə bilər. Bunu da nəzərə almaq lazımdır ki, əmək bazarı sürətlə dəyişir. Bu gün perspektivli görünən peşə gələcəkdə öz əhəmiyyətini dəyişə bilər. Ona görə də texnologiya amili və süni intellektin yaratdığı yeni imkanlar və dəyişən tələblər də ciddi şəkildə nəzərə alınmalıdır. Bu gün zəif görünən bir fəaliyyət istiqaməti sabah perspektivli ola bilər. Eyni zamanda, bu gün perspektivli olan bir istiqamət gələcəkdə öz yerini dəyişə və ya müəyyən hallarda sıradan çıxa bilər. Təbii ki, ad və nüfuz önəmlidir, amma dəyişən şərtlər daxilində həlledici amil deyil. Burada konkret ixtisas üzrə tədrisin keyfiyyəti, müəllim heyəti, praktiki bacarıqların inkişaf etdirilməsi imkanları, laboratoriya və təcrübə proqramlarının səviyyəsi, eləcə də məzunların işlə təmin olunması statistikası ciddi şəkildə araşdırılmalıdır”.
O hemçinin bildirib ki, universitetlərin işəgötürənlərlə və əmək bazarının digər subyektləri ilə əlaqələri də nəzərə alınmalıdır:
“Bütün bunlarla yanaşı, fərdi qabiliyyətlər, şəxsin özünüidarəetməsi, intellektual bacarıqları və bilikləri də mühüm rol oynayır və peşəkar kompetensiyanı tamamlayır. Müasir əmək bazarında yalnız diplomun olması hər şeyi həll etmir. Diplom önəmlidir, lakin onu tamamlayan xarici dil bilikləri, rəqəmsal bacarıqlar, analitik düşüncə, yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti, komandada işləmək bacarığı, problemləri effektiv və səmərəli həll etmək praktikası da həlledici əhəmiyyət daşıyır. Bu bilik və bacarıqların real təcrübədə daha çevik və effektiv şəkildə tətbiq olunması vacibdir. Buna görə də tələbə hərtərəfli düşünməyi, müstəqil qərar verməyi, öz ayaqları üzərində durmağı, peşə kapitalını, biliklərini və bacarıqlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təbii ki, müəllimlərin də burada böyük məsuliyyəti var. Onlar tələbələri düzgün istiqamətləndirməli, əmək bazarına mümkün qədər erkən daxil olmaları üçün stimul və motivasiya yaratmalıdırlar. Gənclər imkan daxilində universitet dövründə könüllülük fəaliyyəti, təcrübə proqramları, part-time iş və digər fəaliyyətlərdə iştirak etməklə müəyyən təcrübə və üstünlüklər əldə edə bilərlər. Lakin bu fəaliyyətlər təhsilin keyfiyyətinə mane olmamalı, əksinə, təhsili tamamlamalı və onun keyfiyyətini artırmalıdır”.
Aysel