Mojo.az Banner
17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |     15:14 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     15:12 Bakıda məhkumun həbsdən əvvəl gizlətdiyi "Kalaşnikov" avtomatı tapılıb  |     13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |     13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |    
Left Banner
Right Banner

Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ

07.09.2026 15:14 174
Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ
Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.

Median.Az
APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Onun barəsində öncədən seçilmiş "başqa yerə getməmək haqqında iltizam"qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.

İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", "VAZ 2107", "Priora" və digər maşınları alacağını vəd edib.

O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.

Digər zərərçəkəndən isə 14 min manat dəyərində "Chevrolet Cruze" markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.

Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində "Amnistiya aktı" ilə cəzadan azad edilib.скачать dle 11.3
Mojo.az Banner