Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ

07.09.2026 13:10 366
Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ
Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onun barəsində öncədən seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.

İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", VAZ-2107, "Lada Priora" və digər model maşınları alacağını vəd edib.

O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.

Digər zərərçəkəndən isə 14 min manat dəyərində "Chevrolet Cruze" markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.

Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.

Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində "Amnistiya aktı" ilə cəzadan azad edilib.

Son xəbərlər