Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq

07.09.2026 12:41 447
Küçə kəsimi niyə hələ də davam edir? – Ekspertdən ciddi xəbərdarlıq
Ət məhsullarının bahalaşması əhalinin gündəlik büdcəsinə birbaşa təsir göstərən əsas məsələlərdən biridir. Heyvanların qanunsuz şəkildə kəsilməsi bazarda rəqabət şərtlərinin pozulmasına səbəb olmaqla yanaşı, ətin keyfiyyəti, təhlükəsizliyi və sanitar normalara uyğunluğu ilə bağlı narahatlıqlar yaradır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Median.Az-a bildirib ki, yaxın günlərdə Şəmkir-Göranboy rayonunda qarayara xəstəliyinə yoluxmuş insanların müşahidə olunması barədə məlumatlar yayılmışdı:

“Qarayara heyvanlardan insanlara keçən təhlükəli xəstəliklərdən biridir. Bu, fərdi təsərrüfatlarda ciddi problemlərin yaşandığını göstərir. Problemlərin əsas səbəblərindən biri isə fərdi təsərrüfatlarda baytarlıq xidmətinin bərbad vəziyyətdə olmasıdır. Baytarlıq xidməti çox əhəmiyyətli sahədir. Təsadüfi deyil ki, belə bir fikir var ki, həkimlər insanları müalicə edir, baytarlar isə bəşəriyyəti müalicə edir. Belə bir statistika da var ki, tarix boyu insanlara keçən xəstəliklərin 75 faizi heyvanlardan keçib. Kənd Təsərrüfatı Nazirliyinin və yaxud Aqrar Xidmətlər Agentliyinin effektsiz siyasəti qarayara kimi xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu problem həm də təsadüfi kəsim yerlərinin mövcudluğu ilə bağlıdır. Küçə kəsimi hələ də davam edir. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail ola bilməyib. Heyvanların identifikasiyası məsələsi də neçə illərdir fərdi təsərrüfatlar səviyyəsinə enə bilməyib. Böyük təsərrüfatlarda müəyyən işlər görülür, lakin fərdi təsərrüfatlarda vəziyyət fərqlidir”.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin inamını tam qazana bilməyib:

“İnsanlar ətin keyfiyyətinə və təhlükəsizliyinə əmin olmadıqları üçün küçə kəsimindən alınan məhsullara üstünlük verirlər. Nə qədər ki tələb var, təklif də olacaq. Küçə kəsiminə tələbatın əsas səbəblərindən biri insanların inamının tam formalaşmamasıdır. İnsanlar gözləri ilə gördükləri əti almaq istəyirlər. Halbuki Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün mallar, o cümlədən ət məhsulları qablaşdırılmalı, üzərində buraxılma tarixi, son yararlılıq müddəti və məhsulun hansı təsərrüfatda hazırlandığı barədə məlumatlar göstərilməlidir. Təəssüf ki, küçə kəsimlərində bu tələblərin əksəriyyətinə əməl olunmur. Bir sözlə, əhali Qida Təhlükəsizliyi Agentliyinə tam etibar etmədiyi müddətdə küçə kəsimi mövcud olacaq. Bununla yanaşı, qarayara kimi xəstəliklərin yayılması riski də qalacaq və hətta bu xəstəliklərin daha geniş yayılması mümkündür. Kənd təsərrüfatı ilə məşğul olan Aqrar Agentlik effektiv kənd təsərrüfatı siyasəti həyata keçirməlidir. Ölkədə savadlı aqronom və baytar çatışmazlığı var”.

Aysel

Son xəbərlər