Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?

07.09.2026 12:51 654
Azərbaycanda səhiyyə sistemində 11 min əməkdaş işdən çıxarılacaq?
Azərbaycanda səhiyyə sisteminin qarşısında duran əsas məsələlərdən biri tibbi kadrların ölkə üzrə bərabər paylanmasıdır. Xüsusilə regionlarda bir sıra ixtisaslar üzrə həkim çatışmazlığının daha ciddi hiss olunduğu bildirilir. Gənc mütəxəssislərin böyük şəhərlərdə və ya xaricdə çalışmağa üstünlük verməsi isə bölgələrdə tibbi xidmətə çıxışla bağlı problemləri daha da aktuallaşdırır. Bu vəziyyət həm kadr siyasətinin, həm də regionlarda həkimlərin işləməsi üçün yaradılan şəraitin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Median.Az-a bildirib ki, Azərbaycanda səhiyyənin vəziyyəti, təəssüf ki, ürəkaçan deyil:
“Burada söhbət təkcə həkim çatışmazlığından, xüsusilə də regionlarda həkim çatışmazlığından getmir. Məsələ həm də həkimlərin bilik və savad səviyyəsi ilə bağlıdır. Paytaxtın özündə belə, demək olar ki, elə gün olmur ki, hansısa həkimin səriştəsizliyi səbəbindən pasiyentin əlil qalması, dünyasını dəyişməsi və ya başqa formada zərər görməsi ilə bağlı xəbər eşitməyək. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sistemində nəzarət mexanizmləri çox aşağı səviyyədədir və bu problem aradan qaldırılmalıdır. Çünki kim istəsə, sabah özəl klinikada və ya özəl xəstəxanada ağ xalat geyinib istədiyi sahə üzrə həkimlik fəaliyyəti ilə məşğul ola bilir. Xüsusilə gözəllik, estetik və plastik cərrahiyyə, stomatologiya və digər sahələr üzrə bununla bağlı kifayət qədər məlumatlar var”.

O qeyd edib ki, peşəkar həkimlərin ölkədə saxlanılmaması da başqa bir problemdir:
“Azərbaycanda Tibb Universitetini bitirən gənclərin xaricə getməsi də müəyyən mənada təbiidir. Çünki bu gün Azərbaycanda ən uzunmüddətli təhsil alanlar, səhv etmirəmsə, 6 ildən 12 ilə qədər təhsil müddəti olan tibb tələbələridir. Bu qədər uzun təhsildən sonra onlar Azərbaycanda çox cüzi məbləğ qarşılığında işləmək istəmirlər və daha gəlirli, perspektivli ölkələrə üz tuturlar. Bunun qarşısını almağın yeganə yolu həmin həkim və mütəxəssislər üçün Azərbaycanda daha yaxşı şərait yaratmaq, uyğun imkanlar vermək və bir sıra imtiyazlar təqdim etməkdir. Sən həmin mütəxəssisi ölkəndə saxlamaq istəyirsənsə, xarici ölkələrin ona təqdim etdiyi imtiyazlardan və üstünlüklərdən daha çoxunu verməlisən. Regionlar isə ümumiyyətlə ikiqat böyük problemdir. Çünki sən əvvəlcə bu mütəxəssisləri paytaxtda saxlamaq üçün onlara müəyyən imtiyazlar verməlisən. Regionlara göndərmək üçün isə belə mütəxəssislərə ikiqat imtiyazlar təqdim etməlisən. Təəssüf ki, Azərbaycanda belə bir sistem yoxdur. Hətta məndə olan məlumata görə, qarşıdakı bir il ərzində Azərbaycanda səhiyyə sistemində 11 minə yaxın əməkdaşı işdən uzaqlaşdıracaqlar. Bunların da böyük hissəsi tibb bacılarıdır. Halbuki söhbət illərlə formalaşan peşəkar tibb bacılarından gedir. Bütün bunların səbəbi isə büdcənin üzərinə düşən yükü azaltmaq, dırnaqarası, optimallaşdırmadır. Yəni bizdə həkim çatışmazlığı problemini həll etmək üçün vəsait ayırmaq bir yana, mövcud potensialı belə maliyyə xərclərini azaltmaq məqsədilə ixtisar edirlər. Bu isə heç də yaxşı istiqamətə aparmır. Bununla bağlı xüsusi proqram qəbul etmək olar”.

Aysel

Son xəbərlər