Mojo.az Banner
22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |     20:50 Erməni konyakı yenə sərhəddə ilişib qaldı  |     20:45 Bakıda avtobus aşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA

08.06.2026 22:25 471
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
Regionlarda həkim, müəllim və digər ixtisaslı kadr çatışmazlığı uzun illərdir ki, həm Azərbaycanda, həm də bir sıra digər ölkələrdə aktual problemlərdən biri olaraq qalır. Xüsusilə dövlət vəsaiti hesabına təhsil alan məzunların böyük hissəsinin paytaxt və iri şəhərlərdə işləməyə üstünlük verməsi bölgələrdə peşəkar kadrlara olan tələbatın tam ödənilməsini çətinləşdirir. Məhz bu fonda Rusiyada dövlət sifarişi ilə təhsil alan məzunların müəyyən müddət regionlarda işləməsini nəzərdə tutan yeni təklif diqqət mərkəzinə düşüb.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin ali təhsil sistemi ilə bağlı irəli sürdüyü təşəbbüs geniş müzakirələrə səbəb olub. Təklifə əsasən, dövlət hesabına təhsil alan məzunların, xüsusilə də həkimlərin müəyyən müddət regionlarda işləməsi məcburi xarakter daşıya bilər. Ödənişli əsaslarla təhsil alan şəxslər isə gələcək əmək fəaliyyətlərini sərbəst şəkildə planlaşdırmaq imkanına malik olacaqlar. Təklifin əsas məqsədi dövlət sifarişi əsasında hazırlanan kadrlarla əmək bazarının ehtiyacları arasında daha səmərəli əlaqənin qurulmasıdır.

Məsələnin Azərbaycanda mümkünlüyü ilə bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin təklif etdiyi qaydanın birbaşa tətbiqi, ödənişli təhsilə üstünlük verənlərin sayının artmasına səbəb ola bilər:

"Bunun qarşısını almaq üçün ilk növbədə dövlətin hüquqi-normativ bazası hazırlanmalıdır. Dövlət sifarişi ilə oxumaq istəyən şəxslərin qarşısında konkret öhdəliklər qoyulmalıdır. Necə ki, hazırda xaricdə təhsil üzrə dövlət proqramında bənzər şərtlər var: məzunlar qayıtdıqdan sonra ən azı 5 il ölkədə çalışmalı, ali təhsil müəssisələrində dərs deməli və ya digər sferalarda fəaliyyət göstərməlidirlər. Bənzər bir sistem hüquqi-normativ aktlar çərçivəsində hazırlanıb universitetlərə qəbul olan şəxslərlə müqavilə şəklində bağlanmalıdır. Belə bir qaydanın tətbiqi regionların inkişafına, peşəkar kadrların bölgələrdəki xəstəxanalara və dövlət müəssisələrinə cəlb olunmasına müsbət təsir göstərə bilər. Nəticədə həmin regionların sosial, iqtisadi, hüquqi və səhiyyə sahəsində ciddi irəliləyişlər yaranar. Lakin hüquqi baza olmadan bu addımın atılması, sadəcə ödənişli təhsilə qeyri-ixtiyari bir təşviq xarakteri daşıyacaq.

Qeyd edək ki, bir sıra ölkələrdə dövlət vəsaiti hesabına təhsil alan tələbələr üçün məzun olduqdan sonra müəyyən müddət dövlət sektorunda və ya regionlarda işləmək tələbi tətbiq olunur. Bu yanaşmanın əsas məqsədi dövlətin təhsilə yönəltdiyi investisiyanın əmək bazarının real ehtiyaclarına uyğun şəkildə geri qayıtmasını təmin etməkdir. Azərbaycanda da belə bir modelin tətbiqi məsələsi zaman-zaman gündəmə gəlsə də, bunun hüquqi mexanizmləri və mümkün nəticələri ilə bağlı müzakirələr davam edir.скачать dle 11.3
Mojo.az Banner