Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?

07.09.2026 12:04 381
Azərbaycanda həkim çatışmazlığı: Regionlarda vəziyyət niyə daha ağırdır?
Azərbaycanda səhiyyə sahəsində tibbi kadr təminatı, xüsusilə də regionlarda həkim çatışmazlığı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi tibbi ixtisaslar üzrə mütəxəssis qıtlığı daha ciddi şəkildə özünü göstərir. Eyni zamanda, rezidentura təhsilini başa vuran gənc həkimlərin bir qisminin peşə fəaliyyətini xarici ölkələrdə davam etdirməyə üstünlük verdiyi qeyd olunur.

Məsələ ilə bağlı professor Adil Qeybulla Median.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda həkim çatışmazlığı var:

“Xüsusilə ayrı-ayrı ixtisaslar üzrə bu problem daha ciddi hiss olunur. Bu gün ən çətin vəziyyət regionlardadır. Bir tərəfdən regionların tibbi təchizatı, digər tərəfdən regionlarda kadr çatışmazlığı və regionlara olan tələbatlar bir araya sığmır. Həkimlərin regionlarda gedib işləməsi üçün onlara mütləq stimullaşdırıcı tədbirlər görülməlidir. Onların əməkhaqqı, iş stajı, kommunal güzəştləri tamamilə başqa cür olmalıdır ki, heç olmasa həkimlər regionlarda işləməyi müəyyən məqamlarla kompensasiya edə bilsinlər. Ümumiyyətlə, mütəxəssis çatışmazlığının qarşısı alınmalıdır. Azərbaycandan xaricə çox sürətli həkim axını var. Xüsusilə də hazırda həkimlərin üzərinə çox ciddi təzyiq olunur. Düzdür, məsələn, qanunsuz fəaliyyətlər də var, amma həkimlərə qarşı bəzən haqsız iddialar və haqsız iradlar olur. Bütün bunlar həkimləri buradan uzaqlaşdırır. Bu yaxınlarda Ali Məhkəmənin qəbul etdiyi bir qərar vardı, o qərarı mən alqışlayıram. Amma bir şey var ki, həkim səhvini müəyyən edəcək bir komissiya olmalıdır. Səhiyyə Nazirliyinin nəzarətində tibbi komissiya yaradılmalıdır. O komissiya rəy verə bilər ki, burada səhv var, ya yoxdur. Məsələ bundan gedir”.

O qeyd edib ki, bəzən də xəstələrin özləri xəstəni evdə gec saxlayırlar, gecikdirirlər, yoxlatmırlar:

“Xəstə yaxınlarının məsuliyyəti də həmin prosesdə müəyyən edilməlidir. Çünki bu vəziyyətə gəlib çatmaqda kimin nə qədər günahı var, məsələ budur. Xəstələrimizin böyük əksəriyyəti çox ağır durumda, ağırlaşmış vəziyyətdə, gecikdirilmiş və lazımi anda lazımi yardım göstərilməmiş halda klinikaya daxil olurlar. Bu da təbii ki, ya müalicənin lazımi effektini vermir, yaxud da çox vaxt ağırlaşma və ölümlə nəticələnir. Bu məsələlər hamısı dəqiqləşməlidir və həkimlərin işləməsi üçün normal şərait yaradılmalıdır. Çünki biz mümkün qədər bu gün Avropada, Almaniyada, qardaş Türkiyədə və başqa ölkələrdə yetişib gəlmiş, burada işləyən həkimlərin çalışmalıyıq ki, burada qalmasını təmin edək, nəinki buradan bezib çıxıb getsinlər”.

Aysel Timur

Son xəbərlər