Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gələn il həkim çatışmazlığı belə həll olunacaq

27.12.2019 20:18 2 417
Gələn il həkim çatışmazlığı belə həll olunacaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə başladıqdan sonra regionlardakı həkim çatışmazlığı problemini hansı formada həll edə biləcəklərini açıqlayıb.

Median.Az
-ın qaynarinfo-ya istinadən məlumatına görə, agentliyin sədri Zaur Əliyev deyib ki, hazırda ölkədə 33 minə yaxın həkim var ki, onun da təqribən 20 mini "Təbib”in tabeliyində olan dövlət müəssisələrində çalışır. Eyni zamanda, həmin müəssisələrdə 40 minə yaxın orta tibb personalı çalışır:

"Amma dövlət müəssisələrində, xüsusilə regionlardakı müəssisələrdə böyük vakansiya var. Biz analiz apardıqda görürük ki, həkimlər daha çox Bakıda cəmləşiblər. Elə regionlar var ki, orada bir ixtisas üzrə bir həkim olur. İnanırıq ki, əməkhaqlarını stimullaşdırmaqla həkimləri regionlara cəlb edə biləcəyik. Biz həkim çatışmazlığı problemini həll etmək üçün belə bir əlverişli variant üzərində də düşünürük ki, rayonda hansısa bir ixtisas üzrə həkim çatışmazlığı varsa, həmin rayona həftənin müəyyən günlərində Bakıdan ixtisas həkimləri göndərək. Beləliklə də həmin rayonda həkim çatışmazlığı olan sahə üzrə xidmətlər göstərilməmiş qalmayacaq”.

Z.Əliyev əlavə edib ki, artıq ölkə xaricində çalışan azərbaycanlı peşəkar həkimlərin də bazasını formalaşdırmağa başlayıblar:

"Biz istəyirik ki, onları yenidən Azərbaycana qaytaraq. Onlara müraciət edərək demək istəyirəm ki, gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır, onlar öz ölkəmizə gələrək burada xidmət göstərsinlər”.

Son xəbərlər