Mojo.az — elanlar
Son Xəbərlər
17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan Xankəndinə velosiped yürüşü təşkil olunacaq - VİDEO

09.05.2026 18:13 555
Bakıdan Xankəndinə velosiped yürüşü təşkil olunacaq - VİDEO
Mayın 10-14-də Azərbaycanda beynəlxalq velosiped yarışı keçiriləcək.

Bakı-Xankəndi marşrutu üzrə təşkil olunacaq yarış 5 mərhələdən ibarət olacaq. Yarışın ilk mərhələsi mayın 10-da paytaxt Bakıda baş tutacaq.

Məlumata görə, veloyürüş səhər saat 09:20-də "Sea Breeze" ərazisindən start götürəcək. İştirakçılar paytaxtın bir sıra mərkəzi küçə və prospektlərindən keçərək Sumqayıt istiqamətində hərəkət edəcəklər. Birinci mərhələnin saat 13:30 radələrində Sumqayıtda yekunlaşacağı bildirilir.

Yarışın Bakıda keçiriləcək ilk mərhələsi ilə əlaqədar iştirakçıların hərəkət trayektoriyası boyunca bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir. Bu səbəbdən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bildirilib ki, yarışın növbəti mərhələləri regionlarda təşkil ediləcək və velosipedçilər müxtəlif şəhər və rayonlardan keçərək Xankəndiyə doğru hərəkət edəcəklər. Beynəlxalq yarışda müxtəlif ölkələrdən peşəkar idmançıların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Bakı-Xankəndi beynəlxalq veloyürüşü ölkədə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və Azərbaycanın idman turizmi potensialının tanıdılması baxımından mühüm tədbirlərdən biri hesab olunur.//avtosfer

Son xəbərlər