Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir neçə yol bağlanır - Vaqif Əsədovdan alternativ yollar

25.07.2019 13:58 3 134
Daha bir neçə yol bağlanır - Vaqif Əsədovdan alternativ yollar
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

“Bu gün səhər saat 09:00-dan başlayaraq 13:00-dək Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Həmçinin bu məhdudiyyət saat 16:00-dan 20:00-dək tətbiq olunacaq. Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairəni dövr etməklə şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub.

Salyan şosesi ilə hərəkət edən velosipedçilər isə Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələri ilə hərəkət edərək yenidən Bakı-Salyan yolu ilə Velopark istiqamətində dövr edəcəklər”, - deyə V.Əsədov qeyd edib.

Bölmə rəisi alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yola keçməklə Badamdar qəsəbəsinin küçə və prospektləri – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti, eləcə də Yasamal rayonu ərazisinə düşən küçə və prospektlərin – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yolların müəyyən edildiyini bildirib.
скачать dle 11.3
Mojo.az Banner