Mojo.az — elanlar
Son Xəbərlər
15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu

04.04.2026 21:41 1 167
Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu
Beynəlxalq olimpiada qalibi Selcan Süleymanlı dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Median.Az
"Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, universitetin Qəbul Komissiyası tərəfindən göndərilən rəsmi məktubda onun yüksək akademik və şəxsi nailiyyətləri xüsusi vurğulanır və Selcanın MIT üçün uyğun namizədlərdən biri olduğu qeyd edilir.

Selcan Süleymanlı əldə etdiyi uğurlarla son illərdə Azərbaycanı beynəlxalq elmi arenada layiqincə təmsil edib. O, Respublika fənn olimpiadalarında dəfələrlə yüksək nəticələr göstərib. 2022-ci ildə RFO-nun bürünc, 2023 və 2024-cü illərdə qızıl, 2025-ci ildə isə gümüş medalçısı olub.

Bununla yanaşı, Azərbaycan Astronomiya və Astrofizika Olimpiadasında da mühüm uğurlara imza atıb. 2023-cü ildə bu olimpiadada bürünc medal əldə edən Selcan 2024-cü ildə qızıl medal qazanaraq "birincilərin birincisi” adına layiq görülüb.

Onun beynəlxalq səviyyədə ən böyük nailiyyətlərindən biri 2025-ci ildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanması olub. Bu nəticə ilə Selcan Süleymanlı həmin olimpiadada medal əldə edən ilk azərbaycanlı qız kimi tarixə düşüb. Eyni ildə o, Asiya Fizika Olimpiadasında da həvəsləndirici mükafata layiq görülüb.

Son xəbərlər