Mojo.az Banner
19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı gənc informatika sahəsində dünya üçüncüsü oldu

07.07.2021 12:42 855
Azərbaycanlı gənc informatika sahəsində dünya üçüncüsü oldu
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi Səid Nəsibov Sinqapurda keçirilən, 90 ölkədən 351 şagirdin iştirak etdiyi 33-cü Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edərək bürünc medal qazanıb. Şagirdimizin beynəlxalq arenadakı bu nailiyyəti Azərbaycanda təhsilin və rəqəmsal texnologiyaların inkişafının sübutudur.

Səid Nəsibovun uşaq vaxtlarından riyaziyyata və texnologiyaya böyük marağı var. Bu, Səidin bu il qazandığı ilk medal deyil. O, “Qış Onlayn Kvest”ində Azərbaycan komandasının daxilində dünya üzrə I yer, Beynəlxalq STEM Olimpiadasında ölkə üzrə V yer, SASMO (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) və Respublika Fənn Olimpiadalarında ölkə üzrə I yer tutub.

Kompleksimizin digər şagirdləri də bu il dünya miqyasında böyük uğurlar əldə ediblər. XI sinif şagirdimiz Rafiq Qasımov ölkə üzrə keçirilən “Sabahın Alimləri” X Respublika Müsabiqəsində riyaziyyat fənnindən I yer tutaraq ABŞ-da keçirilən dünyanın ən böyük müsabiqələrindən biri olan “Regeneron İSEF” yarışmasında Azərbaycanı təmsil edib. Onun “Triqonometriyanın köməyi ilə bəzi cəbri misalların həlli” adlı layihəsində bir sıra qəliz cəbri misalların daha praktik həll üsulundan bəhs olunurdu. X sinif şagirdimiz Aysel Həşimzadə isə 2021-ci ildə keçirilən Beynəlxalq STEM Olimpiadasında Biologiya fənni üzrə Azərbaycanı təmsil edib və ən yüksək nəticəni toplayaraq ölkəsinə qızıl medal qazandırıb. Bundan başqa bu il Türkiyədə keçirilən dünyanın ən böyük robotik yarışmalarından biri olan “VEX Robotics” yarışmasında Azərbaycanı təmsil edən “Esperanto” komandamız münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Növbəti tədris ilində də bu uğurların davamlı olacağına və şagirdlərimizin ölkəmizə medallar gətirəcəyinə inanırıq.

Xatırladaq ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə 2021/2022-ci tədris ili üçün məktəb və məktəbəqədər bölməyə qeydiyyat artıq başlanmışdır.скачать dle 11.3
Mojo.az Banner