Mojo.az — elanlar
Son Xəbərlər
15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF

17.03.2026 21:02 489
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
"1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi. 30 ildən sonra 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfərə qədər azalıb".

Bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, təqaüdçülərin sayı ilbəil azaılır, paralel olaraq ölkədə doğuş sayı da kəskin azalır:

"Təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb Dövlət Sosial Müdafiə Fonduna topladıqları vəsaitə çıxışının olmamasıdır. Sayları azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır. Bu gün pensiya kapitalının həddi 46 080 manatdır. Bunun özü də çoxdur. İnsanlar var ki, 100-150 min pensiya kapitalları var, amma həmin vəsait onlar üçün əlçatan deyil. Təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur. Onların varisləri niyə həmin vəsaiti ala bilməsin?! Bəlkə övladının təhsil haqqını və ya ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?", - deyə N.Cəfərli qeyd edib.

Son xəbərlər