Mojo.az Banner
11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...

09.10.2024 21:40 1 035
Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...
"Azərbaycanda orta ömür rəsmi məlumatda göstəriləndən daha azdır".

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Akif Nəsirli deyib. O, hesab edir ki, statistikalar təhlilər üçün nəzərdə tutulur:

"Reallıqlar real rəqəmlərə təsir edir. Bütün bunlar pensiyaya çıxan əhalinin sayının azalmasına gətirib çıxardır. Pensiya yaşına çatmadan da dünyasını dəyişənlər az deyil".

Akif Nəsirli bildirib ki, Azərbaycanda qadınlar 64, kişilər isə 65 yaşında pensiyaya çıxır:

"Kişilərin orta yaş həddi təxminən 72, qadınların isə ömür uzunluğu 74-dür. Azərbaycan qanunla pensiyaçılara 12 il pensiya verilir. 12 illik pensiya müddətinin bu qədər uzun olması, orta ömür uzunluğunun aşağı düşməsi, pensiya yaşının qaldırılması - bu 3 amilin təsiri altında pensiyaçılarımızın sayı yaşa görə sürətlə azalır".

Akif Nəsirlinin fikrincə, 2017-ci ilin iyulun 1-də qüvvəyə minən qanunun əsas, yəni görünməyən hədəflərindən biri bu idi ki, pensiyaçıların sayı azalsın:

"Yəni dövlət büdcəsinin xərclərinin bu istiqamətdə azaldılması qanunun əsas hədəflərindən biri idi. Artıq indi bu hədəfə nail olunur. Ona görə də pensiyaçılarımızın sayı sürətlə azalır. Bura ömür uzunluğu da təsir edir. Çünki hazırda statistika 71 və 74 yaş göstərir".
скачать dle 11.3
Mojo.az Banner