Mojo.az Banner
17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |     15:40 DİN: Tanıdığınız şəxsin adından gələn şübhəli mesajlara inanmayın  |     15:35 DSX-də generalların yeri dəyişdi - Pirizadə Elçin Quliyevin müavini oldu  |     15:31 Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO  |     15:23 Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlanıb - FOTO  |     15:19 “Qarayara bioloji silah kimi istifadə oluna bilər” — Həkim elə şeylər danışdı ki... İzolyasiya, karantin ŞƏRTDİR  |     15:12 Tacikistanda 5.5 maqnitudalı zəlzələ qeydə alınıb  |     13:24 Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB  |     13:20 Qarayara təhlükəsi var — Ət alarkən bunlara diqqət edin  |     13:16 “Yeni ulduz” televiziyaya tamaşaçıların qayıtmasını təmin edəcək - Ekspert  |     13:11 Qeyri-etik video paylaşan tiktoker SAXLANILDI  |     13:10 Ermənistanda "Qazprom"un dörd əməkdaşı həbs edildi  |     13:08 Bölgələrdə yanğına səbəb olan beş nəfər saxlanıldı  |     13:04 ABŞ-İran gərginliyi ilə bağlı SENSASİON açıqlama  |    
Left Banner
Right Banner

Qardaşların yarım milyardlıq cinayəti - "Bentley"lər, qayıqlar, villalar... (FOTO)

12.09.2024 16:51 1 353
Qardaşların yarım milyardlıq cinayəti -
Azərbaycanda cinayətkarlığa qarşı keçirilmiş ən böyük əməliyyatlardan birinin istintaqı aparılıb.

"Qafqazinfo" həmin əməliyyatın detallarını əldə edib.

Cinayət yolu ilə gələn pulların leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq...

Ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.

Bunlar - Bahadır Ağaqulu oğlu Qasımov, İkram Ağaqulu oğlu Qasımov, Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovdur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.



İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırlması isə əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar.

Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub. Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib.

Milyonlarla pul, qızıl-brilyantlar, odlu silahlar...

Dəstə üzvlərin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb.

Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 409 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqalaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər.

Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb.



İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib. Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir. İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.

Yüzlərlə əmlak üzərinə həbs qoyulub - Evlər, avtomobillər, qayıqlar...

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub. Həmin əmlakları tək-tək sıralamaq kifayət qədər yer tutar.

Buraya 100-ə yaxın "Range Rover", "Bentley", "Mercedes", BMW, "Mitsubishi" və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır.

Həbs edilən şəxslərdən Fərhad istisna olmaqla, digərləri istintaq vaxtı özlərini təqsirli bilməyiblər.
скачать dle 11.3
Mojo.az Banner