Mojo.az Banner
18:50 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: qadın biznesmenə cinayət işi AÇILDI  |     18:46 Dostunun yasında vəfat etdi  |     18:41 Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - Araşdırma başladı (Yenilənib)  |     18:30 Küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA  |     18:28 Suriyadan gətirilən daha 5 nəfər dəstək prosesinə cəlb edilib  |     18:25 Azər Qəribin oğlunun 230 min manat borcu yaranıb  |     18:12 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - Video  |     18:03 İran yeni nüvə bloklarının tikintisinə başlayır  |     17:59 Binədə doqquz mənzili talayan şəxs ələ keçdi - Video  |     17:50 Şagird yerdəyişməsi müvəqqəti dayandırılır  |     17:29 Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO  |     17:27 MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  |     17:23 Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı  |     17:14 Böyük qarşıdurmanın astanası? Türkiyə–İsrail xəttində gərginlik  |     17:08 Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?  |     16:23 Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)  |     16:20 İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq  |     16:01 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu  |     15:50 Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək  |     15:38 MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi  |    
Left Banner
Right Banner

Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ: "Dubaydan böyük məbləğdə pullar gətirmişdim"

29.11.2024 13:08 903
Yarım milyard manatlıq işlə bağlı MƏHKƏMƏ:
Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınma və kibercinayətkarlıqda ittiham olunan Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Mayıl Bağırov deyib ki, İkram Qasımov onun dostu olub və təqsirləndirilən şəxsin işlərini görüb:

"İkram Qasımov ticarətlə məşğul idi. Onun konkret nə işlə məşğul olduğunu bilmirdim. Maaş da verirdi. O, mənə maşın sürməyə etibarnamə vermişdi. Onların ofisi aviakassa kimi fəaliyyət göstərirdi. Orada pul köçürmələrinin olub-olmadığını bilmirəm. Bahadır Qasımov isə Moskvada yaşayırdı. Bayramlarda bura gəlib-gedirdi. Bir neçə dəfə İkram Qasımovun Dubaydan böyük məbləğdə pullarını gətirmişdim. O, pullar bəyannamə əsasında gətirilirdi. Həmin pulları gətirdikdən sonra İkram Qasımova vermişəm".

Daha sonra şahidin ifadələri arasında ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində deyib ki, İkram Qasımovla 2019-cu ildən etibarən işləyib.

"Onların ofisi ikihissəli idi. Bir tərəfində turizm, digər tərəfində pul köçürmələri həyata keçirilirdi. Ofisdə ümumi rəhbər İkram Qasımov idi. Orada ölkə xaricinə və ölkə daxilinə pullar köçürülürdü. Bu köçürmələrin qanunsuz olduğunu bilirdim. İkram Qasımov avtomobillərin mənim adıma keçirilməsini təklif etmişdi, etiraz etməmişdim. Onları hər hansı bir dövlət orqanında təmsil etməyim üçün mənə etibarnamə verilməmişdi", - şahidin ibtidai istintaqa verdiyi ifadəsində bildirilib.

Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 409 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.

Hesablamalarla bütün əmlakların ümumi dəyərinin yarım milyard manata yaxın olduğu müəyyən olunub.скачать dle 11.3
Mojo.az Banner