Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı

24.04.2026 17:23 693
Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Ladess Group” MMC-nin Ukraynadan idxal etdiyi “Lutsk Agricultural Company LLC” şirkətinin istehsalı olan 4.9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) nümunələr götürülüb. Laborator müayinələr nəticəsində məhsulda “salmonella” aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ola bilər ki, ölkəyə gizli yollarla qanunsuz və sağlamlığa zərərli toyuqlar keçirsinlər?

Ona görə də vətəndaşlar toyuq alarkən əsasən nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sənədi olmadan, heç bir ərzaq məhsulu digər Qida Təhlükəsizliyi Agentliyinin kompensasiyasına daxil olan məhsullar Azərbaycan əmtəə bazarına, xüsusən də marketlər şəbəkəsinə girə bilməz və mümkün deyil.

Eyyub Hüseynovun sözlərinə görə, hər bir malın sənədi olmalı, yoxlamalardan keçməlidir. İllər boyu Ukraynadan Azərbaycana arzuolunmaz mallar gəlib. Biz bunu dəfələrlə ifşa etmişik. Hətta, 10 il öncə Ukraynadan gələn və "halal" yazılmış toyuqların cəmdəyində 300 qrama qədər naməlum maye olması barədə məsələ qaldırdıq və bazardan çıxarılmasına nail olduq.

Sədr qeyd edib ki, AQTA-nın bu cür hallara qarşı ciddi nəzarət etməsi çox yaxşı haldır. Həmçinin, belə məhsullar gömrükdən qaytarılır və məhv edilir.

Vətəndaşlara bu məsələdə tövsiyyə verən Eyyub Hüseynov deyib:

"Marketlərdə toyuqlar adətən dondurulmuş halda satılır. Toyuqların ən təhlükəli cəhəti dondurulub donu açılan və təkrar dondurulan zaman baş verir. Bu zaman məhsul çirklənmiş olur. İstehlakçılar isə bunu gözü ilə müşahidə edə bilmir. Əgər onların qabığı əzilibsə, bükülməsində problem varsa, şübhələnə bilərlər. Əlbəttə ki, istehlakçılar məhsulun buraxılma tarixinə, son yararlanma müddətinə baxmalıdır".

Sədr sonda vurğulayıb ki, istehlakçıların hüquqlarının müdafiəsi qanununa görə, vətəndaşlar malın mənşəyi, sənədi, qiyməti və buraxılma tarixini tələb etmə hüququna malikdir. Lakin, təəssüf ki, Azərbaycanda satılan bir çox malların mənşə sənədləri satış müəssisələrində olmur. Bütün hallarda şübhəli vəziyyətlə qarşılaşanda, "1003 — qaynar xətti" ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner