Mojo.az Banner
23:01 Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik  |     22:54 Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı - Video  |     22:48 Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?  |     22:42 TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq  |     22:41 İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT  |     22:35 Turistlər Azərbaycana ən çox nə üçün gəlir?  |     22:24 Azərbaycanın tənhaları - Sayı açıqlandı  |     22:15 WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək  |     22:09 Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir  |     22:01 Ali Məhkəmə Trampın fərmanını rədd etdi  |     21:55 Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI  |     21:50 Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb  |     21:43 Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI  |     21:37 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     21:29 Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla qarşıladı - Video  |     21:24 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib  |     21:15 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:10 Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu  |     21:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |     20:56 Futbol üzrə I və II Liqalarda yeni mövsümün start tarixləri müəyyənləşdi  |    
Left Banner
Right Banner

Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı

13.06.2025 14:53 624
Yarım milyardlıq leqallaşdırma işi:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin "WhatsApp" yazışmaları, SMS mətn mesajları elan edilib.

Daha sonra vəkillər bildiriblər ki, əməliyyat zamanı götürülən silah, qızıl və pul vəsaitinin bir qismi Kibercinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Onlar məhkəmədən həmin vəsaitin nəzarət altında saxlanılmasını istəyiblər.

Daha sonra vəkil Elnur Quliyev ibtidai istintaqın həbs qoyduğu əmlakların real bazar qiymətinin nə qədər olması ilə bağlı qiymətləndirmə keçirilməsi ilə bağlı vəsatət verib.

Təqsirləndirilən Cavid Əzizovun vəkili əmlaklara qoyulan həbsin götürülməsi ilə bağlı məhkəməyə vəsatət verib.

O bildirib ki, bəzi daşınabilən və daşınmaz əmlakların müvəkkili ilə əlaqəsi yoxdur:

"İstintaq zamanı müvəkkilimə bu barədə heç kim sual belə verməyib. Mən həmin mülklərin sahiblərinin məhkəməyə çağırılaraq dindirilməsini istəyirəm. Çünki bu, həm də onların mülkiyyət hüquqlarının pozulmasıdır".

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən altı nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner