Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Evimdən çıxan silahlar mənimdir, ofisdəki silahlardan isə xəbərim yoxdur" - MƏHKƏMƏ

18.04.2025 21:20 777
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri Bahadır Qasımovun, onun qardaşı İkram Qasımovun, əmisi oğlu Fərhad Qasımovun, Cavid Əzizovun, Vəli Əliyevin və Anar Əhmədovun məhkəməsi davam edir. Məhkəmə prosesinə hakim Anar Sadıqov sədrlik edir.

Aprelin 18-də iclas başlayan kimi vəkil Vüqar Əliyev məhkəmə tərkibinə etiraz edib. O, bildirib ki, etiraza səbəb məhkəməyə təqdim olunan vəsatətlərin qəbul edilməəsidir:

"Vəsatətlər veririk ki, müəyyən şəxslər məhkəməyə dəvət olunsun, müəyyən ekspertizalar aparılsın, sübutların təqdim olunsun, heç bir vəsatətimiz təmin olunmur. Bu isə bizdə bu məhkəmə tərkibinin obyektivliyinə ümidləri azaldır. Buna görə xahiş edirik ki, cinayət işi yuxarı instansiya - Bakı Apellyasiya Məhkəməsinə göndərilsin".

Məhkəmə etirazı baxılmamış saxlayıb.

Sonra təqsirləndirilən Bahadır Qasımov ifadə verib. O, bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb:

"1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznes işlərindən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım qoymuşam. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Ora gedəndə məni tutdular. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətlərindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa heç vaxt ehtiyacım olmayıb".

Bahadır Qasımov məhkəmə tərkibinin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdıqdan sonra ifadə vermək növbəsi qardaşı İkram Qasımova çatıb. O, ifadəsində göstərib ki, əsas ticarəti Dubayda olub:

"Mən əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə isə heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələri qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllara gəldikdə, onlar ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, 5-6 maşın niyə ala bilməyim ki?".

Digər təqsirləndirilən Vəli Əliyev ifadəsində bildirib ki, o, sadəcə pasportu olduğu üçün ona verilmiş əmanətləri (qızılları) Dubaya aparıb və ya oradan gətirib:

"Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri və onların peçatlanmış sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə xahiş ediblər mən də eləmişəm. Daha Sonra onları Bakıya gətirib Müşviq adlı şəxsə vermişəm. Mən mənə verilən qaçaqmalçılıq və digər ittihamıları qəbul etmirəm".

Qeyd edək ki, ilyarım əvvəl Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri ilə bağlı əməliyyat keçirib. Mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən və hazırda müttəhimlər kürsüsünü bölüşən şəxslər həbs edilib. İttiham aktında qeyd olunur ki, yaxın qohumlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər, qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırılmasının Bakının Yasamal rayonunda, İstambul və Dubaydakı ofislərdə həyata keçirildiyi bildirlir.

İstintaq orqanının qənaətinə görə, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İkram Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapıldığı qeyd edilib.
İttiham Aktında qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi deyilir.

Ötən məhkəmə iclaslarından birində təqsirləndirilən İkram Qasımovun vəkili məhkəmənin nəzərinə çatdırıb ki, cinayət işi üzrə olan 853 min 771 manat dəyərində qızıl-zinət əşyaları ölkəyə gətirilən zaman Birləşmiş Ərəb Əmirliklərində rəsmi bəyan edilib. Ancaq Bakıda yoxlama məntəqəsinə gətirilən zaman əşyalar başqa şəxsə verildiyindən bəyan olunmayıb: "BƏƏ-də fəaliyyət göstərən vəkilə notariusla təsdiqlənmiş etibarnamə verib, onun əsasında həmin sənədi ala bilərik. Bunun üçün də müdafiə etdiyim şəxs etibarnamə verməlidir”. Məhkəmə bu vəsatəti baxılmamış saxlayıb.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manat civarındadır.
//qaynar.az

Son xəbərlər