Mojo.az Banner
18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı

25.06.2024 13:45 1 713
Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlandı
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb.

Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner