Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq

29.09.2026 18:34 153
Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq
Səbail Rayon Məhkəməsi keçmiş ər-arvad arasında ümumi paylı mülkiyyətdə olan iki mənzilin və dörd qarajın açıq hərracda satılması barədə qərar qəbul edib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəməyə müraciət edən iddiaçı Sitarə Azər qızı Rzazadə tərəflərin ümumi mülkiyyətində olan əmlakların naturada bölünməsini, bu mümkün olmadığı halda isə payına uyğun kompensasiya ödənilməsini istəyib.

Cavabdeh tərəf isə Rəşad Tofiq oğlu Hacıyevdir.

Sitarə Rzazadə məhkəmədən kompensasiya da mümkün olmadıqda əmlakların hərracda satılaraq əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun bölüşdürülməsini tələb edib.

İş materiallarından məlum olub ki, əvvəlki məhkəmə qərarları ilə mübahisəli əmlakların üzərində tərəflərin hər birinin 1/2 payı müəyyən edilib.

Ekspertiza nəticəsində hər iki mənzilin tərəflərin paylarına uyğun olaraq iki ayrı, təcrid olunmuş mənzil şəklində bölünməsinin texniki baxımdan mümkün olmadığı müəyyənləşdirilib. Qarajların da fiziki olaraq bölünməsinin mümkün olmadığı tərəflər tərəfindən təsdiqlənib.

Məhkəmə tərəflərin kompensasiya məsələsində razılığa gəlmədiyini nəzərə alıb. Cavabdehin nümayəndəsi kompensasiya ödəməyə maddi imkanlarının olmadığını bildirib və əmlakların açıq hərraca çıxarılmasını istəyib.

Mütəxəssis rəyinə əsasən, hərraca çıxarılacaq əmlakların ümumi ilkin satış qiyməti 1 milyon 694 min manat müəyyən edilib.

Qətnaməyə əsasən, əmlaklar açıq hərraca çıxarılaraq satılmalı, satışdan əldə olunan vəsait tərəflərin hər birinin 1/2 payına uyğun olaraq bölüşdürülməlidir.

Qeyd edək ki, tərəflərin "Toyota Camry" və "Mercedes-Benz GL500" avtomobilləri ilə bağlı barışıq sazişi imzalaması səbəbindən həmin nəqliyyat vasitələri üzrə işə xitam verilib.

Məhkəmə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına qərar verib.скачать dle 11.3
Mojo.az Banner