Mojo.az Banner
16:08 2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu  |     16:07 Bəzi rayonlarda şimal-qərb küləyi gözlənilir - XƏBƏRDARLIQ  |     15:25 FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi  |     15:22 Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi baş tutub  |     15:19 Taksi istifadəçilərini yeni qaydalar gözləyir – Qiymətlər bahalaşacaq  |     15:15 Kirayə evlər bahalaşır – Tələbələr üçün son qiymətlər  |     15:02 Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR  |     14:52 Cəlilabadın 35 kəndində işıqlar kəsilib  |     14:50 Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR  |     14:47 Sabah çimərliklərdə hava şəraiti necə olacaq?  |     14:35 Paşinyan: "Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər"  |     14:30 Sabah 36 dərəcə isti olacaq  |     14:23 Ermənistanda hərbçi öldü  |     14:17 Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu  |     14:12 "Elə şəxslər tanıyıram ki, 7 il imtahan verib qəbul olublar" - Məleykə Abbaszadə  |     14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |     13:40 Azərbaycan bu ölkələrlə yeni elektrik layihəsi üzrə danışıqlar aparır  |    
Left Banner
Right Banner

Hacıbala Abutalıbov Bakıya dəhşətli ziyan vurub

21.06.2024 13:27 978
Hacıbala Abutalıbov Bakıya dəhşətli ziyan vurub
Mədəniyyət Nazirliyi iyunun 20-də Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.

Diqqətçəkən məqam isə qurumun 2000-ci illərin əvvəllərində "qəbuledilməz üsullarla" aparılan təmir-bərpa işlərinə toxunması olub:

"Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb - qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub".

Qeyd edək ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlayıb:

"Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm".

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü "Bakının hakimi" elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.скачать dle 11.3
Mojo.az Banner