Mojo.az Banner
18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

17 yaşlı Aysunun qətli: "Evlərində olmuşam, amma mən öldürməmişəm"

13.06.2024 11:42 837
17 yaşlı Aysunun qətli:
Ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 17 yaşlı Aysun İbrahimovanın qətlə yetirilməsi cinayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, bu yaxınlarda Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızı öldürməkdə ittiham olunan 24 yaşlı Sərvin Məmmədova 15 il həbs cəzası verilib.

İstintaq cinayəti araşdırarkən dəhşətli faktların üstünü açıb. İstintaq materiallarında yazır ki, Sərvin Aysunla qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun "Instagram" hesabını alıb.

Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

Hadisə günü…

Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.

Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

S.Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

Amma təqsirləndirilən şəxs Aysunu öldürmədiyini deyir. O, ilkin istintaq vaxtı cinayəti boynuna alsa da, məhkəmədə inkar edib. Deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar. İttiham tərəfi ona Aysunun evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.

Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Hüquqi varis qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib.

Hökmə əsasən, S.Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner