Mojo.az Banner
22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |     20:28 Dəmiryol Muzeyinə giriş sərbəst olacaq - Bu tarixdə  |     20:20 300 bal toplasa da - Adı siyahıda yoxdur  |     20:15 Putinin Çinə səfər edəcəyi tarix açıqlandı  |     20:07 Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - Video  |    
Left Banner
Right Banner

Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - FOTO / VİDEO

11.06.2024 14:33 1 116
Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib - FOTO / VİDEO
"Zamin Əmlak Agentliyi"nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo"nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər - Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib. Həmçinin onların əməllərindən zərər çəkənlərin də sayı artaraq 117 nəfərə çatıb. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.

Agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Zərərçəkmiş şəxslərin çoxu iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplaşıblar.

Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsinə başlanılıb. İşdə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.




скачать dle 11.3
Mojo.az Banner