Rusiyanın baş naziri Əli Əsədovu təbrik etdi
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini də müzakirə ediblər”, - məlumatda deyilir.
Söhbət zamanı MDB məkanında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Qeyd edək ki, Əli Əsədovun 67 yaşı tamam olub.
Mənbə: TASS