Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda cinsi istismara məruz qalan şəxslərin sayı AÇIQLANDI

23.04.2021 21:16 894
Azərbaycanda cinsi istismara məruz qalan şəxslərin sayı AÇIQLANDI
Aparılan araşdırmalar zamanı müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, biri isə əcnəbi olub.

Median.az
bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə illik hesabatın dinlənməsi zamanı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.

O bildirib ki, bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb:

"Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib. ƏƏSMN-in insan alveri qurbanları üçün yardım mərkəzində 90 qurbanın reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlər görülüb. Onlardan 12-si işlə təmin olunub, 25-i peşə kurslarına göndərilib, 58-i ailələrinə qaytarılıb. Doqquzuna şəxsiyyəti təsdiq edən sənədlərin alınmasına kömək edilib və hər birinə 700 manat birdəfəlik müavinət ödənilib.

Qurbanların övladları da diqqətdə saxlanılaraq, 12 uşaq məktəbəqədər təhsil proqramlarına cəlb edilib. Doqquzunun atalığı müəyyən edilərək aliment alması, 14-nə doğum şəhadətnaməsinin verilməsi təmin olunub”.

Seyfulla Əzimov qeyd edib ki, internet informasiya resurslarının və KİV-lərin monitorinqi zamanı insan alveri, onun növləri və ictimai mənəviyyat əleyhinə olan 370-ə yaxın huquqazidd əməl aşkarlanıb və qanunauyğun tədbirlər görülüb.

\ Oxu.azскачать dle 11.3
Mojo.az Banner