Mojo.az Banner
19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |     16:12 Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Türkiyə qondarma erməni soyqırımının ifşası üçün sistemli mübarizə aparacaq

22.04.2021 23:21 1 101
Azərbaycan və Türkiyə qondarma erməni soyqırımının ifşası üçün sistemli mübarizə aparacaq
Türkiyəli və azərbaycanlı jurnalistlərin “Saxta erməni soyqırımının gerçək üzü” adlı birgə konfransı keçirilib.

“Report”un məlumatına görə, “Global Journalism Council” tərəfindən təşkil edilən konfransın moderatoru təşkilatın beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı olub. Tədbirdə “Council”ın sədri Mehmet Ali DİM, Azərbaycan və Türkiyənin 30-a yaxın jurnalisti, ekspertlər iştirak ediblər.

Onlayn şəkildə təşkil edilən konfransa ”Global Journalism Council”ın sədr müavini İsmail Bayazıt, İdarə Heyətinin üzvü Aynur Tattersall, Ənənəvi Media Məclis sədri Buse Biçer Xarici Media Məclis sədrinin müavini Benan Kepsutlu, Məsləhətləşmə Şurasının üzvü Hakan Akbaş, qurum üzvləri Ahmet Coşkunaydın və Canan Ekici ilə yanaşı, tanınmış təhsil eksperti, Sosial Media, Elektron Təhlükəsizlik və Təhsil Araşdırma Dərnəyi (SODİMER) sədri, professor Levent Eraslan da qatılıblar.

Deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev və Anadolu Universitetinin professoru Levent Eraslan çıxış edərək, tədbir iştirakçılarını erməni yalanlarının, saxta erməni soyqırımının tarixi kökləri haqqında məlumatlandırıblar.

C.Feyziyev tarixi faktlara əsaslanaraq, ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. Deputat sosial şəbəkələrdə bununla bağlı görülməli işlərə xüsusi diqqət ayrılmalı olduğunu qeyd edib.

O, həmçinin Xocalı soyqırımı ilə bağlı filmlərin çəkilməsi, ən yüksək səviyyədə soyqırımının dünyaya tanıdılması üçün silsilə addımların tərəfdarı olduğunu deyib.

Levent Eraslan isə gənclərin qondarma erməni soyqırımının ifşası istiqamətində görə biləcəyi işlər, sosial mediada bununla bağlı atılmalı addımlar haqqında fikirlərini bölüşüb.

Toplantıda hər il 24 aprel ərəfəsində Türkiyənin, Azərbaycanın və ümumilikdə Türk dünyasının Amerika Birləşmiş Ştatlarının rəhbər strukturlarında aparılan müzakirələrə fokuslandığı diqqətə çatdırılıb. Bununla bağlı hər il bu tarixdə qabaqlayıcı işlərin görülməli olduğu bildirilib. Qərara alınıb ki, bu istiqamətdə sistemli şəkildə işə başlansın.

Tədbirdə bu məsələ ilə bağlı azərbaycanlı və türkiyəli jurnalistlərin daha böyük heyətdə müzakirələr aparması, davamlı görüşlərin keçirilməsi, xarici jurnalistlərin cəlb olunması qərara alınıb.

Konfrans Türkiyənin “DİM” Televiziyası və “MediaTürk TV”nin efirində canlı yayımlanıb.


скачать dle 11.3
Mojo.az Banner