Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb

14.12.2020 16:45 1 068
Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb
Hikmət Hacıyev xarici jurnalistlərin suallarını cavablandırıb

Dekabrın 9-da Global Journalism Council-un təşkilatçılığı ilə Azərbaycana səfər edən xarici jurnalistlər işğaldan azad edilmiş ərazilərimizdə - Füzulidə, Ağdamda, eləcə də ən çox raket hücumuna məruz qalan Tərtərdə olublar.

“Report” xəbər verir ki, xarici jurnalistlər ermənilərin törətdiyi vəhşiliklərlə yerində tanış olublar. Məcburi köçkünlərlə görüşərək gerçəkləri həm də işğal hadisələrinin canlı şahidlərinin dilindən eşidiblər.

Dekabrın 12-də Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizə səfər edən xarici jurnalistləri qəbul edib və onların suallarını cavablandırıb.

H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti və son vəziyyətlə bağlı əcnəbi jurnalistləri məlumatlandırıb.

Prezidentin köməkçisi xüsusilə ermənilərin mədəni və mənəvi sərvətlərimizə vurduğu ziyan barədə danışaraq nə zamansa maddi müstəvidə dəyən zərərin bərpa olunacağını, ancaq mənəvi və mədəni zərərin çətin sağalacağını deyib.

Hikmət Hacıyevlə görüşdə Global Journalism Council-un beynəlxalq məsələlər üzrə rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlı, əcnəbi jurnalistlər Şinji Haşimoto (Kyodo- Japan), Aziz Gürpınar (Kyodo News), Piotr Patryk (The Economist, USA), Jordi Banos (La Vanguardia-Spain), Filippo Cicciu (RSI Switzerland), Albert Naya (CNN İspanya), Paul Osterlund (Foreign Policy -USA), İlya Topper (EFE, Spain), Kahraman Haliscelik (GJC) və İsmail Bayazit (GJC) iştirak ediblər.скачать dle 11.3
Mojo.az Banner