Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur

14.04.2021 21:34 969
Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur
Ramazan günlərində 16 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir. Ona görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.

Həkimlər bildirirlər ki, gün ərzində susuz və tox saxlaya bilən qidaları qəbul etmək həm bədəni gücdən düşməyə qoymur, həm də susuzluğa qarşı müqaviməti artırır. İftarla imsaq arasında ən azı 12 stəkan su içmək və meyvə-tərəvəzləri süfrədən əskik etməmək lazımdır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "İmsaq zamanı daha çox süd məhsulları, yulafdan hazırlanan qidalar və sıyıq yemək lazımdır. Yaxud 4-5 ədəd xurma yemək də gün ərzində tox saxlayır. Çalışıb həmin dövrdə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq lazımdır, çünki həmin qidalar susuzluq yaradır. İmsaqda boyat yeməklərlə qidalanmaq da köpə və ağırlığa səbəb olur".

İmsaq zamanı həm protein, həm də zülal tərkibli yumurta qəbul edilməsi də gün ərzində tox saxlayacaq qidalardan sayılır. İftar zamanı isə gün ərzində aclıq davam etdiyinə görə metobolizm zəifləyir və oruc tutanlar daha çox qida qəbul etmək istəyirlər, bu isə mədədə sancı və ağrı yarada bilər.

"İftar zamanı əvvəlcə yarım kasa sulu yemək, sonra qəbul edilən ət, balıq və toyuqdan hazırlanan xörəklər çoxlu salatla yeyilməlidir ki, onun həzminə kömək etsin. Ən mühüm məsələlərdən biri də yatana qədər orqanizmin su balansını gözləməkdən ibarətdir. Təxminən hər saatdan bir 1 stəkan su içmək lazımdır. Meyvəni dərhal xörəyin üstündən yemək olmaz",- deyə həkim-diyetoloq bildirib.

Ramazan ayında rejim dəyişdiyinə görə vaxta və yeyilən qidaya diqqət yetirmək lazımdır, əks halda mədə problemləri ilə üzləşmək olar. Ona görə də yaxşı olar ki, mədə-bağırsaq, qaraciyər, böyrək, öd daşı problemi olanlardan orqanizm mayesiz qalanda immun sistemi zəiflədiyinə görə xəstəliklər fəallaşa bilər və ona görə həmin xəstəliyi olanların oruc tutması çox da vacib deyil.

Mütəxəssislər fasilələrlə qidalanmağın faydalı olduğunu söyləyirlər. Qəbul edilən qidaların yaxşı həzm olunması üçün piyada gəzmək və yuxu rejiminə düzgün əməl edilməlidir.скачать dle 11.3
Mojo.az Banner