Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Aşırı dərəcədə yağlı qidalar qəbul etməyin ZİYANLARI

07.09.2019 20:36 2 540
Aşırı dərəcədə yağlı qidalar qəbul etməyin ZİYANLARI
Düzgün qidalanmaq, orqanizmə zərər verən məhsullardan uzaq olmaq sağlamlığın əsas şərtlərindən biri sayılır. Qəbul edilən qidaların tərkibi nə çox yağlı, nə də çox duzlu olmamalıdır.

Median.Az
Azərtaca istinadən xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: "Bişirilən qidalara aşırı dərəcədə yağ əlavə etmək düzgün deyil, çünki onların reaksiyasından orqanizmdə ağır maddələr əmələ gəlir. Xüsusilə arterial təzyiqi yüksək olanlara, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə belə qidalar mənfi təsir edir. Yağın çoxluğu həzm prosesini ləngidir və şəkərli diabet xəstələri üçün həyati təhlükəyə səbəb ola bilər".

Tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sular içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, mütləq həzmə rahatlıq gətirən göyərti və ağartı məhsulları da olmalıdır. Ağır yeməklərdən əvvəl yüngül qida və salatlar qəbul edilməlidir.

Həkim-diyetoloqun dediyinə görə, sağlamlığı qorumaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır: "Şüyüd, cəfəri, darçın çubuqları, az miqdarda zəncəfil, xiyarı xırda-xırda doğrayıb yeməklərə əlavə etmək məsləhətdir. Evdə hazırlanan detoks çayı axşam yeməyindən əvvəl də istifadə olunması faydalıdır, yeməkdən sonra isə detoks çayın dəmləmə variantını qəbul etmək olar. Onun qəbulu yağlı qidaların tərkibindəki xolesterinin orqanizmdən xaric olunmasını təmin edir".

Yeməkdən dərhal sonra meyvə qəbul etmək də tövsiyə edilmir. Qidanın asan və rahat həzmi üçün yeməkdən yarım saat sonra bitki çayı içmək məsləhət görülür.скачать dle 11.3

Son xəbərlər