Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yağlı qidalar niyə xoşumuza gəlir? - Həkim səbəbini açıqladı

26.03.2025 12:06 1 683
Yağlı qidalar niyə xoşumuza gəlir? - Həkim səbəbini açıqladı
"İnsan yağlı və yüksəkkalorili bir şey yeyəndə beyin qana dofamin - həzz üçün cavabdeh olan neyromediator buraxır. Məhz dofamin həzz hissi yaradır və bizi bu hərəkəti təkrarlamağa motivasiya edir".

Median.Az
Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu endokrinoloq Darya Xaykina deyib.

Onun sözlərinə görə, bu, təkamül prosesinə əsaslanır: "Əcdadlarımız sərt şəraitdə yaşayıblar, buna görə də, onlara çoxlu miqdarda enerji lazım idi. Enerji isə kalorilərdən gəlir. Bu səbəbdən əcdadlarımız kifayət qədər yağlı və yüksəkkalorili qidalara üstünlük veriblər. Minlərlə illik təkamül nəticəsiz qalmayıb. Bizdə "şüuraltında" belə bir fikir var ki, yağlı qidalar axtarmalıyıq".

O həmçinin qeyd edib ki, araşdırmalara görə, beynimiz təkcə yağlı qidaların dadını deyil, həm də onların kaloriliyini xatırlamağa meyillidir: "Xüsusilə kalorili bir şey daddıqda, beyin dad və enerji arasında güclü bir əlaqə yaradır. Bu əlaqə bir vərdiş əmələ gətirir və tədricən qida üstünlüklərinə çevrilir".

Mütəxəssis vurğulayıb ki, yağ dildə və ağızda reseptorları stimullaşdırmaqla dad hisslərini gücləndirir, nəticədə, yeməkdən daha çox həzz alırıq.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner