Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:11 "Mangal Steak House" işi: 186 min manatlıq dələduzluqda ittiham olunan şəxs hakim qarşısında | 17:04 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? | 16:56 Sosial şəbəkədə möhtəşəm, masada məyusedici: İnfluenser reklamlarının gerçək üzü | 16:40 Fermalarda su sayğacı məcburi olacaq | 15:55 "TikTok"da saxta avtosalon yaradaraq vətəndaşları aldadan şəxs tutuldu | 15:44 Bakıda 51 yaşlı kişi evinin qarşısında öldü | 15:41 Kredit götürərkən bu səhvlərə yol verməyin – EKSPERTDƏN XƏBƏRDARLIQ | 15:34 Ramiz Mehdiyevin şikayətinə baxılıb | 15:33 Quşxana və tövlələrlə bağlı yeni qayda | 15:00 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi | 13:44 Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü - Təfərrüat | 13:41 Azərbaycanda bəzi şəxslərə gündəlik işə görə 100 manat ödəniləcək | 12:54 Media sektorunda əmək hüquqları pozulur: Müqaviləsiz iş, az maaş, ödənişsiz zəhmət | 12:24 Bakıda bir sıra ərazilərdə söküntü başladı: Kompensasiya məbləği açıqlandı | 12:17 Elektromobillər ürəkbulanma yaradır? – AÇIQLAMA | 12:14 İsmayıllıda 28 yaşlı kişi hesab ödəməyə görə bıçaqlanıb - Təfərrüat | 12:03 Alyona Əliyeva: "Hər bir uşağın qayğı, sevgi və təhlükəsiz gələcəyə haqqı var!" | 11:59 Göygöldə evdən qadın meyiti tapıldı | 11:51 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Polis şübhəli şəxsi saxladı | 11:38 Azərbaycan nümayəndələri Ermənistana getdilər |
Mojo.az Avto
Mojo.az Avto

Gün ərzində təmizlənməyən dişlər xəstəliklərə səbəb ola bilər

22.03.2021 22:17 1 884
Gün ərzində təmizlənməyən dişlər xəstəliklərə səbəb ola bilər
Ağız boşluğunun pis gigiyenası diş əti xəstəliklərinə səbəb olan bakteriyaların yaranmasına gətirib çıxarır, ağız boşluğu mikrobiomu əvvəllər hesab edildiyindən daha tez qocalır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni tədqiqat dişlərin təmizlənməsində fasilədən sonra 24-72 saat ərzində "ağız boşluğunda faydalı bakteriyaların" və onların əlaqəli olduğu faydalı iltihab əleyhinə kimyəvi maddələrin olmasının kəskin şəkildə azalmasını göstərir.

Həmçinin dişlərin zədələnməsinə və ya itirilməsinə səbəb ola biləcək diş ətinin ağır xəstəliyi olan parodontit xəstəliyindən əziyyət çəkənlərin ağzında adətən olan "zərərli bakteriyaların" sayının artması aşkar edilmişdi. Tədqiqat qrupu öz nəticələrini mBio jurnalında təqdim edib.

Alimlər təbii gingivitin (damağın selikli qişasının iltihabi prosesi) müxtəlif səviyyələrinə malik 40 iştirakçıdan üç həftə ərzində ağız boşluğunun optimal gigiyenasına riayət etməyi xahiş ediblər. Bu, simptomların azalmasına və tədqiqat üçün sağlam ilkin səviyyəyə gətirib çıxardı. Sonra adi gündəlik qayda dörd həftə ərzində pozulurdu. Dişlərin son təmizlənməsindən 24-72 saat sonra tədqiqatçılar bir neçə növ faydalı bakteriyaların, eləcə də bəzi xəstəliklərdə iltihab əleyhinə təsirə malik olan kimyəvi betainin mövcudluğunun kəskin azalmasını aşkar ediblər.

Son xəbərlər