Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çürük dişlər ürəyi xəstə edir - İnfarkt riski

21.07.2021 22:29 852
Çürük dişlər ürəyi xəstə edir - İnfarkt riski
Amerikalı alimlərin araşdırmalarına görə, dişlərin sağlamlığı ilə insan orqanizminin ən həssas orqanı hesab edilən ürəyin birbaşa əlaqəsi var. Belə ki, ürək-damar xəstəliklərinin yaranması, inkişafı da məhz bununla əlaqəlidir.

ABŞ alimləri gün ərzində dişlərin 3 dəfə təmizlənməsini dəstəkləməsə də, diş əti və ağız boşluğunun müntəzəm olaraq həkim nəzarətində yoxlanılmasının insan sağlamlığı üçün önəmli olduğunu deyir.

Bunun ürək-damar xəstəliklərinə yol aça biləcək bir çox faktoru aradan qaldırdığı deyilir.

Damaq xəstəliklərinin ürək problemlərinə səbəb olması elmə məlumdur. Lakin insanlar bu iki patologiyanın əlaqəsinin səbəbini izah edə bilmirdi. Mütəxəssislərin son araşdırması zamanı isə məlum olub ki, bu halda əsas "günahkarlar" ağız boşluğunda yaşayan streptokok bakteriyalardır. Damaq xəstəliklərinin yaranmasına səbəb olan mikro orqanizmlər damaqdan (qanama halları zamanı) qana keçir.

Qana keçən mikro orqanizmlər qanda xüsusi zülal əmələ gətirir ki, bu da trombositlərin yapışmasına (laxtalanmaya) səbəb olur. Məhz bu üsulla bakteriyalar özünün müdafiəsini təmin edir. Lakin bakteriyalar ətrafında müdafiə səddi yaradan trombositlər immun sistemini qorumağa çalışır. Zülal isə trombositlərin yapışqanlığını artırır və bununla da ürək xəstəlikləri inkişaf edir. /medicina.azскачать dle 11.3
Mojo.az Banner