Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vətəndaşlarla kobud danışan vəzifəli şəxs cəzalandırıldı - VİDEO

10.09.2020 16:54 1 401
Bakıda vətəndaşlarla kobud danışan vəzifəli şəxs cəzalandırıldı - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşlarla yerli bələdiyyə nümayəndəsi arasında narazılıq yaşanıb.

Baku.ws-in məlumatına görə, Məmməd Səid Ordubadi küçəsində baş verən hadisəyə səbəb vətəndaşların ümumi yolun bələdiyyə nümayəndəsi tərəfindən satışa çıxarılması olub. Belə ki, şikayətçilər bələdiyyə rəsmisindən yolun hansı səbəbdən satışa çıxarılmasını soruşub və buna etiraz ediblər. Daşdəmir Muradov isə sakinlərin iradına kobud şəkildə etiraz etməklə kifayətlənib.

Binəqədi Rayon İcra Hakimiyyətindən baş verənlərə cavab olaraq bildirilib ki, qeyd edilən görüntülərin araşdırılması məqsədilə aidiyyəti üzrə Biləcəri bələdiyyəsilə əlaqə saxlanılıb.

Bələdiyyədən verilən məlumatda isə qeyd edilib ki, həmin ərazidə vətəndaşın torpaq sahəsinin qanunsuz şəkildə qonşusu tərəfindən zəbt edilməsi ilə bağlı etirazının araşdırılması məqsədilə bələdiyyənin məsul şəxsi qismində Daşdəmir Muradov əraziyə göndərilib.

Bələdiyyə qulluqçusuna yaraşmayan hərəkət və münasibət göstərdiyi üçün Biləcəri bələdiyyəsinin memarı Daşdəmir Muradov haqqında bələdiyyə aparatının iclası keçirilərək lazımi inzibati tədbirlər görülüb.
скачать dle 11.3
Mojo.az Banner