Mojo.az Banner
16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”

04.07.2020 15:59 2 012
İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzədir.

Əraziyə axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçdiyi üçün sakinləri ciddi narahat edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyini desələr də, heç bir tədbir görülmədiyini qeyd ediblər.

Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tədbirlər görüləcək:

“Kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-ə ünvanladığı şikayətə əsasən, tərəfimizdən “Azərsu” ASC qarşısında məsələ qaldırılıb. Aidiyyəti qurum tərəfindən isə müraciətimizə müvafiq cavab ünvanlanıb. Cavabda qeyd olunub ki, həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib”.скачать dle 11.3
Mojo.az Banner