Mojo.az Banner
18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |     18:14 Manatın məzənnəsi xarici valyutaları üstələdi  |     16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda unudulmuş yol: Kanalizasiya küçəyə axır, təmir “yaddan çıxıb” - VİDEOREPORTAJ

24.07.2020 14:09 1 852
Bakıda unudulmuş yol: Kanalizasiya küçəyə axır, təmir “yaddan çıxıb” - VİDEOREPORTAJ
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Laçın Səlimov küçəsinin yolları həm sakinləri, həm də sürücüləri bezdirib. Aylar öncə əraziyə su xətti çəkmək məqsədilə yollar qazılıb. Lakin ərazi işlər yekunlaşdıqdan sonra olduğu kimi qalıb.

Baku TV-nin çəkiliş qrupu ərazidə olub.

Bildirilib ki, sakinlərin tək problemi bununla bitmir. Həmin ərazidə dövlət tərəfindən kanalizasiya xətti çəkilmədiyindən sakinlər öz hesablarına illər əvvəl kustar üsullarla bu işi görüblər. Lakin indi həmin sistem də sıradan çıxıb. Bu səbəbdən çirkab suları yola axır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, məsələdən xəbərdardırlar.

Şöbə müdiri Xanoğlan Allahverdiyevin sözlərinə görə, hər iki problem tezliklə həll olunacaq:

“Məsələdən xəbərimiz var. Kanalizasiya və su xətti yaxın zamanda çəkiləcək.

Layihənin birbaşa icraçısı olan “Azərsu” ASC-dən ərazidə son tamamlanma işlərinin getdiyi və yolun tezliklə təmir olunaraq, sakinlərin istifadəsinə veriləcəyi deyilib”.

Əraziyə su, kanalizasiya xətti çəkmək təqdirəlayiq addımdır. Lakin bu səbəbdən yolu aylarla bərbad vəziyyətdə saxlamaq da yolverilməzdir. Ümid edirik ki, elə aidiyyəti qurumların da dediyi kimi, problem tezliklə öz həllini tapacaq.
скачать dle 11.3
Mojo.az Banner